Page 583 - 1-ci cild
P. 583
Êøèøòîô Õîèíñêè

Zirək. Hansı keflini?

Pauza.

Gonbul. O bura gələni də, keflini…
Zirək. Buraxmısız onu?
Çəp. Ay sənə mən nə deyim!..
Arıq. Narahat olma. (Qapıdan çölə boylanır.) Doğrudan da,
cəhənnəm olub harasa. Qoy rədd olsun, əşşi!
Gonbul. Özün buraxmısan, ona görə?
Çəp. Olan olub, keçən keçib! Bəsdirin.
Arıq. Allah bilir, indi gedib mitilini salıb evə, ya da hardasa
düşüb qalıb.
Zirək. Baxaq görək də…
Çəp. Baxıb görməyə vaxtımız yoxdu. (Marekə.) Ey, sənin-
ləyəm, üç addım geri çəkil!
Marek (yerindən tərpənmir). Deyirsən ki, bəxtim gətirib
mənim. Deyəsən, elə belədi.
Çəp. Deyirəm sənə ki, çəkil.
Marek. O, mənim öz işimdi. Harda istəyirəm, orda da
dayanıram.
Çəp. Gicləmə. Sən nə eləsən də, mənası olmayacaq.
Marek. Sənin üçün.
Çəp. Deyirəm sənə, çəkil. Çəkil, yoxsa…
Arıq. Səs salmayın!

Mühərrik səsi gəlir.

Çəp. Getdik. Amma siz sakit oturun!
Yaşlı adam (qapını göstərir). Yük maşınıdı, deyəsən.
Zirək. Tez eləyin, əkilmək lazımdı.
Yaşlı adam (qapıya tərəf gedir). Gərək…
Gonbul (onu itələyir). Ey, baba, hara? Bayırda soyuqdu,
xəstələnərsən.

583
   578   579   580   581   582   583   584   585   586   587   588