Page 415 - 1-ci cild
P. 415
Åæåí Èîíåñêî

DOQQUZUNCU ŞƏKİL

Eyni adamlar və Meri.

Meri. Madam… Müsyö…
X-m Smit. Sizə nə lazımdı?
C-B Smit. Nə istəyirsiz?
Meri. Madam və müsyö, bağışlayın… siz də, xanımlar və
cənablar… mən də… bir lətifə danışmaq istəyirəm…
X-m Marten. Nə?
C-b Marten. Mənə elə gəlir ki, bizim dostlarımızın qul-
luqçusu dəli olub… Ona görə də lətifə danışmaq istəyir.
Brandmayor. Bu nə hoqqadır, özündən çıxarır. (Diqqətlə
Meriyə baxır.) Ah!..
X-m Smit (Meriyə). Bəyəm sizin işiniz budu?
C-b Smit. Deyəsən, sizin başınıza hava gəlib, Meri!
Brandmayor. Odur! Özüdür! Necə ola bilər?
C-b Smit (brandmayora). Sizə nə olub?
Meri (brandmayora). Siz… Sən… burdasan?
X-m Smit. Bütün bunlar nə deməkdi belə?
C-b Smit. Siz dostsuz?
Brandmayor. Bəs necə!

Meri brandmayorun ağuşuna atılır.

Meri. Mən necə də xoşbəxtəm!.. Nəhayət, görüşdük!
C-b Smit və x-m Smit. Ah!..
C-b Smit. Yox, bu, daha bütün hədləri keçməkdi!.. Lon-
donun ətrafında, bizim evdə!..
X-m Smit. Ədəbsizlikdi!..
Brandmayor. Axı gənclik çağlarında o, mənim ilk alovumu
söndürüb.
Meri. Əsl yanğınsöndürən kimi…
C-b Marten. Əgər belədirsə… əziz dostlar… sizin
hissləriniz başa düşüləndi… insani hisslərdi.. hörmətə layiqdi…

415
   410   411   412   413   414   415   416   417   418   419   420