Page 413 - 1-ci cild
P. 413
Åæåí Èîíåñêî
yaşlarında vəfat etmiş bir mühəndisin nəvələrindən biri idi, həmin
mühəndisin atası isə üzümçü idi, onun üzümündən çox pis şərab
hazırlayırdılar, o üzümçünün qardaşının nəvəsi isə bir yavər idi,
özü də evdar adam idi, onun da oğlu boşanmış gözəl bir qadınla
evlənmişdi, o qadının birinci əri alovlu bir vətənpərvərin oğlu idi
və o alovlu vətənpərvər öz qızlarından birini acgöz böyütməyə
nail olmuşdu, o qız da Rotşildi tanıyan bir ovçuya ərə getmişdi
və o ovçunun qardaşı bir çox peşələri dəyişərək evlənmişdi, onun
da bir qızı olmuşdu, o qızın ulu babası isə ölüvay bir adam idi və
eynək taxırdı, həmin eynəyi ona əmisi, ya dayısı oğlanlarından
biri bağışlamışdı və o əmioğlu, ya dayıoğlu o qədər də kasıb ol-
mayan portuqaliyalı bir dəyirmançının qeyri-qanuni oğlunun
qaynı idi və onun da qardaşı keçmiş kənd həkiminin qızını
almışdı, o kənd həkimi südçünün süd qardaşı idi, o süd qardaşı
isə öz növbəsində başqa bir kənd həkiminin qeyri-qanuni oğlu idi
ki, üç dəfə evlənmişdi və onun üçüncü arvadı da…
C-b Marten. Əgər səhv etmirəmsə, mən o üçüncü arvadı
tanıyırdım. O, ağcaqovaq yuvasındakı toyuq ətini yeməyi
xoşlayırdı.
Brandmayor. Yox, o deyil.
X-m Smit. Tsss!..
Brandmayor. Mən təkrar edirəm: kənd həkiminin qeyri-qa-
nuni oğlunun həmin üçüncü arvadı ki, yaşadıqları bölgənin çox
cavan yaşında dul qalmış ən yaxşı mamaçasının qızı idi…
C-b Smit. Mənim arvadım kimi.
Brandmayor. …və ikinci dəfə diribaş bir şüşəsalana ərə
getmişdi, o şüşəsalanın da stansiya rəisinin qızından bir uşağı
olmuşdu, o uşaq isə böyüyüb həyatda özünə yol açmışdı…
X-m Smit. Dəmiryolu…
C-b Marten. Xəritələrdə olduğu kimi.
Brandmayor. …o da dükançı arvadla evlənmişdi, arvadın
atasının isə qardaşı vardı, kiçik bir şəhərciyin meri idi, sarışın bir
müəlliməni seçib, onunla evlənmişdi, müəllimənin də ya əmisi
oğlu, ya da dayısı oğlu balıq tutmağı xoşlayırdı…
413