Page 409 - 1-ci cild
P. 409
Åæåí Èîíåñêî

X-m Smit. Cənab brandmayor, bir halda ki, heç hara
tələsmirsiz, hələ oturun. Bizimçün xoşdur.

Brandmayor. Onda, bəlkə, sizə bir-iki lətifə danışım?
X-m Smit. Əlbəttə. Siz necə də lütfkarsız.

Xanım Smit brandmayoru öpür.

C-b Smit, x-m Smit və c-b Marten. Hə, hə, tez edin, lətifə
danışın! Bravo!

Əl çalırlar.

C-b Smit. Ən maraqlısı odur ki, yanğınsöndürənlərin
danışdığı əhvalatların hamısı həqiqətdir. Öz başlarına gələn
əhvalatlardır.

Brandmayor. Mən həmişə o şeyi danışıram ki, onu özüm
sınaqdan keçirmişəm. Hər şey həyatdan götürülüb. Kitablardan
yox, ancaq həyatdan.

C-b Marten. Tamamilə doğrudur. Həqiqət həyatdadır,
kitablarda yox.

X-m Smit. Başlayın.
C-b Marten. Başlayın görək!
X-m Marten. Biz susaq, o da başlasın.
Brandmayor (xeyli müddət boğazını arıtlayır). Bağışlayın.
Mənə baxmayın. Mən utanıram. Axı mən elə də ürəkli adam
deyiləm.
X-m Smit. Ah!.. O, necə də füsünkardır, zərifdir.

Xanım Smit brandmayoru öpür.

Brandmayor. Yaxşı, mən başlayıram. Söz verin ki, qulaq
asmayacaqsız.

X-m Marten. Axı biz qulaq asmasaq, sizi eşitməyəcəyik.
Brandmayor. Hə, bu, heç ağlıma gəlməmişdi.

409
   404   405   406   407   408   409   410   411   412   413   414