Page 411 - 1-ci cild
P. 411
Åæåí Èîíåñêî
C-b Smit. Yaxşı, indi mən də sizə bir təmsil danışacağam…
“İlan və tülkü”. Bir dəfə ilan tülkünün yanına gəlib deyir: “Mənə
elə gəlir ki, sizi tanıyıram”. Tülkü cavab verir: “Mənə də elə
gəlir”. İlan deyir: “Onda mənə pul verin”. Hiyləgər tülkü cavab
verir ki, tülkülər pul vermir. Sonra tülkü qaçmaq istəyir. Çiyələklə,
bir də toyuq balı ilə dolu dərin bir dərəyə hoppanır. İlan da onun
yanında peyda olur və Mefistotel kimi gülməyə başlayır. Tülkü
xəncərini sıyırıb qışqırır: “Mən yaşamağı sənə öyrədərəm!” Sonra
da dönüb qaçır. Ancaq onun bəxti gətirmir. İlan daha cəld tərpənir.
Dəqiq bir zərbə ilə tülkünün alnından vurur, tülkünün alnı parça-
parça olub dağılır. Və tülkü qışqırır: “Yox, yox! Mən sənin qızın
deyiləm!”
X-m Marten. Necə də maraqlıdı!
X-m Smit. Pis deyil.
C-b Marten (cənab Smitin əlini sıxaraq). Mənim
təbriklərimi qəbul edin.
Brandmayor (paxıllıqla). Hə, belə də… pis deyil… Bu da
bir lətifədir də… Onu mən də bilirəm.
C-b Smit. Bu, dəhşətdi.
X-m Smit. Ancaq həqiqət deyil.
X-m Marten. Yox, təəssüf ki, həqiqətdir.
C-b Marten (xanım Smitə). İndi isə söz sizindir, madam.
X-m Smit. Mən ancaq bir lətifə bilirəm. İndi sizə danışaram.
Adı “Gül dəstəsi”dir.
C-b Smit. Mənim arvadım həmişəki kimi romantika
aləmindədir.
C-b Marten. Əsl ingilis xanımıdır.
X-m Smit. Qulaq asın. Bir dəfə bəy gəlinə gül dəstəsi gətirir.
Gəlin təşəkkür edir, ancaq “çox sağ ol” deməyə macal tapmamış,
bəy həmin gül dəstəsini geri alır. Bəy ona beləcə bir qulaqburması
vermək istəyirmiş. Bəy deyir: “Mən gül dəstəsini geri götürürəm”.
Sonra da gülləri götürüb sağollaşır və çıxıb gedir.
C-b Marten. Necə də zərif bir lətifədir.
411