Page 407 - 1-ci cild
P. 407
Åæåí Èîíåñêî

Etiraf edirəm ki, mən başqa bir səbəbə görə gəlmişəm. İşimlə
bağlı.

C-b Smit. Brandmayor, sizə nə qulluq göstərə bilərik?
Brandmayor. Qeyri-təvazökarlığıma görə üzr istəyirəm…
(Utancaq.) Hm… (Barmağı ilə Marten cütlüyünü göstərir.)
Mən… onların yanında… deyə bilərəm?
X-m Marten. Utanmayın.
C-b Marten. Biz köhnə dostlarıq. Onlar bizə etibar edir.
C-b Smit. Sözünüzü deyin.
Brandmayor. Yaxşı, qoy belə olsun. Sizdə yanan bir şey
var?
X-m Smit. Nəyə görə soruşursuz?
Brandmayor. Çünki… Üzr istəyirəm, mənə əmr verilib ki,
şəhərdə bütün yanğınları söndürək.
X-m Marten. Hamısını?
Brandmayor. Bəli, hamısını.
X-m Smit (karıxmış). Bizdə?.. Bilmirəm… Ağlım kəsmir…
Gedim baxım.
C-b Smit (burnunu çəkə-çəkə havanı iyləyir). Məncə, heç
nə yanmır. Heç közərən bir şeyin də iyi gəlmir.
Brandmayor (ümidini itirərək). Necə heç nə yanmır? Bəlkə,
sobada nəsə közərir, zirzəmidə, ya çardaqda bir qığılcım var? Heç
olmasa, lap kiçicik yanğın kimi bir şey tapıldı, bəlkə?
X-m Smit. Qulaq asın, mən istəməzdim ki, sizi incidim…
Artıq bizdə səliqə-sahman var. Ancaq sizə söz verirəm ki, kiçicik
bir yanğın da olsa, o saat sizi xəbərdar edəcəyəm.
Brandmayor. Mütləq. Sizə minnətdar olaram.
X-m Smit. Danışdıq.
Brandmayor (Marten cütlüyünə). Bəs sizdə necə, heç nə
yanmır?
X-m Marten. Xoşbəxtlikdən, yox.
C-b Marten (brandmayora). İşlər yaxşı deyil, hə?
Brandmayor. Çox pisdir. Elə bir yanğın yoxdur ki, miqyası
geniş olsun. Hamısı xırda-xuruşdu – ya sobadan kənara nəsə bir

407
   402   403   404   405   406   407   408   409   410   411   412