Page 405 - 1-ci cild
P. 405
Åæåí Èîíåñêî
X-m Smit. Ancaq bu sübut olunub, özü də nəzəriyyədə yox,
təcrübədə.
C-b Smit. Heç nə sübut olmayıb, cənab brandmayor ki
burdadır. Qapının zəngini çaldı, mən də açdım – qapının ağzında
durmuşdu.
X-m Marten. Nə vaxt?
C-b Marten. İndicə.
X-m Smit. Elədir, ancaq dördüncü zəngdən sonra kimsə
qapının qabağında dayanıb. Dördüncü zəngdən sonrakı hesab ol-
unmur.
X-m Marten. Əlbəttə. İlk üç zəng hesaba alınır.
C-b Smit. Cənab brandmayor, indi isə mənə icazə verin,
sizdən bir-iki söz soruşum.
Brandmayor. Buyurun.
C-b Smit. Mən qapını açanda sizi gördüm… Zəngi siz
basmışdız?
Brandmayor. Bəli, mən.
C-b Marten. Bu, siz idiz? Qapının zəngini siz çalırdız?
Brandmayor. Bunu danmıram.
C-b Smit (şəstlə arvadına müraciət edir). Gördün ki!
Deməli, mən düz deyirəm. Qapının zəngi çalınırsa, deməli, kimsə
gəlib. Axı demək olmaz ki, brandmayor kimsə deyil.
X-m Smit. Əlbəttə, yox. Ancaq yenə də təkrar edirəm: mən
ilk üç zəngi deyirdim, dördüncü hesaba alınmır.
X-m Marten. Birinci dəfə zəngi siz çalmırdız ki?
Brandmayor. Yox, mən deyildim.
X-m Marten. Gördüz? Zəngi çalırdılar, ancaq heç kim yox
idi.
C-b Marten. Bəlkə, bir başqası idi?
C-b Smit. Siz çoxdan qapının ağzında dayanmışdız?
Brandmayor. Qırx beş dəqiqə.
C-b Smit. Başqa bir adam görmüşdüz?
Brandmayor. Heç kimi. Sizə dəqiq deyirəm – heç kimi.
X-m Marten. Siz ikinci zəngi eşitmişdiz?
405