Page 383 - 1-ci cild
P. 383
Åæåí Èîíåñêî
KEÇƏL MÜĞƏNNİ QIZ
İştirakçılar:
Cənab Smit
Xanım Smit
Cənab Marten
Xanım Marten
Meri – qulluqçu
Brandmayor
BİRİNCİ ŞƏKİL
Tipik ingilis interyeri. İngilis kresloları.
İngilis axşamı.
İngilis başmağı geymiş ingilis c-b Smit ingilis alovu ilə yanan
ingilis sobasının qarşısında ingilis kreslosunda əyləşərək ingilis
qəlyanı çəkə-çəkə ingilis qəzeti oxuyur. İngilis eynəyi taxıb.
Onun ingilis bığı ağarıb.
İngilis x-m Smit ərinin yanındakı başqa bir ingilis kreslosunda
əyləşib ingilis corabları toxuyur.
Tam bir ingilis sükutudur.
İngilis divar saatı on yeddi dəfə ingilissayağı zəng çalır.
X-m Smit. O-o-o… Saat doqquzdur. Biz sup, balıq, sala ilə
kartof və ingilis salatı yemişik. Uşaqlar ingilis suyu içiblər. Bu
gün yaxşıca yemişik. Ona görə ki, biz Londonun ətrafında
yaşayırıq və familimiz də Smitdir.
C-b Smit oxumağına davam edir və nəsə demək əvəzinə ağzını
marçıldadır.
383