Page 381 - 1-ci cild
P. 381
Åæåí Èîíåñêî
“Brandmayor. Bilmirəm, bu, mümkündü, ya yox? Axı mən
iş başındayam. Yaxşı… onda görək saat neçədi?
X-m Smit. Bizim saatımız yoxdur.
Brandmayor. Bəs divar saatı?
C-b Smit. O işləmir. Onun içinə bir ziddiyyət ruhu dolub.
Vaxtı heç zaman düz göstərmir”.
Həmin divar saatı bütün əsər boyu tez-tez zəng çalır və deyil-
diyi kimi, vaxtı düz göstərmir. Bu personajlar (bu insanlar!) belə
bir zamansızlıq içində yaşayırlar – divar saatı nə qədər zəng
çalır-çalsın, onsuz da, vaxtı çaşbaş salıb və hansısa bir saat onları
donub qalmış zamansızlıq içindən çıxarmaq gücünə (bəlkə,
həvəsinə və ya istəyinə?) malik deyil.
Yəqin, elə buna görə də onlar üçün bütün insanlar, pyesdə
deyildiyi kimi, tanınıb-bilinməz bir Bobbi Uolsondur, bu mənada
ki, onlar üçün fərqi yoxdur, kim nə ad daşıyır-daşısın, kim hansı
peşənin sahibidirsə, kimin neçə yaşı varsa, hansı millətə mənsub-
dursa, olsun, onların hamısı eyni mənasız və məzmunsuz trafa-
retdən çıxıb və bu absurd dünyada hətta remarkalar da
dramaturgiyadakı klassik funksiyalarını yerinə yetirmir. Bu re-
markaya fikir verin: “Xanım Smit bərkdən ağlaya-ağlaya dizləri
üstə atılır, bəlkə də, heç atılmır”.
Yanğınsöndürən Brandmayor gəlişi ilə elə bil bu insanların
yeknəsəq və arzusuz həyatlarına bir canlanma gətirir, çünki
Brandmayor hələ ki canlı bir varlıqdır, hələ ki axtarır, arzulayır,
həsrət çəkir – düzdür, onun axtardığı, arzuladığı və həsrətində
olduğu şey yanğındır, ancaq, hər halda, eybəcər də olsa, onun
içində, bu personajlardan fərqli olaraq, bir istək var – yanğın
onun həyatında bir stimul rolu oynayır.
Yeri gəlmişkən, deyim ki, bir neçə il bundan əvvəl mən
Moskva telekanallarından hansındasa məşhur rus artisti və rejis-
soru Sergey Yurskinin quruluşunda “Keçəl müğənni qız” teleta-
maşasına baxmışdım. Yurski özü orada Brandmayorun rolunu ifa
edirdi və uğurlu bir tamaşa alınmışdı, ancaq bu prinsipial surətin
səhnə yozumunda dediyim həmin canlılıq yox idi – bu da tama-
şanın emossional təsirinə xələl gətirirdi.
381