Page 385 - 1-ci cild
P. 385
Åæåí Èîíåñêî

süd içir. Yediyi də sıyıqdı. O saat bilirsən ki, iki yaşı var. Adı Pe-
qqidir… Heyva və lobya tortu əla çıxmışdı! Bəlkə də, desertə Avs-
traliya burqund çaxırı içmək olardı, ancaq özüm istəmədim.
Onları qurman eləməyək! Onlar gərək ciddi olsunlar. Mötədil…
mötədil olsunlar.

C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

Missis Parkerin bir rumın dükançı tanışı var – Prpesku
Rozenfeld. Gözəl yoğurt mütəxəssisidir. Bu yaxınlarda Konstan-
tinopoldan gəlib, orda yoğurt düzəldən Andrianopol məktəbini
bitirib. Sabah ondan bir böyük qab rumın yoğurtu alacağam.
Bizim bu London kənarlarında çətin ələ düşən şeydi.

C-b Smit oxumağına davam edir və ağzını marçıldadır.

Yoğurt mədə üçün xeyirli şeydi, böyrəklərçün də, kor
bağırsaqçün də, apofeoz üçün də. Doktor Makkenzi-Kinq belə
deyir. O, qonşumuz Consların uşaqlarını mualicə edir. Yaxşı
həkimdir. Biz ona etibar edə bilərik. Ancaq o dərmanları yazır ki,
onları özündə sınayıb. Parkerin ciyərində əməliyyat eləməzdən
əvvəl həmin əməliyyatı öz ciyərində eləyib. Ciyəri sağlam ola-
ola.

C-b Smit. Onda necə olub ki, doktor sağ qalıb, ancaq Parker
ölüb?

X-m Smit. Öz ciyərində əməliyyat uğurlu olub, Parkerdə isə
yox.

C-b Smit. Deməli, Makkenzi pis həkimdir. Ya gərək
əməliyyat ikisi üçün də uğurlu olaydı, ya da gərək ikisi də öləydi.

X-m Smit. Niyə?
C-b Smit. Əgər həkimlə xəstə birlikdə sağala bilmirsə, o
zaman vicdanlı həkim də o xəstə ilə birlikdə ölməlidir. Kapitan
gərək gəmi ilə bir yerdə batsın və sağ qalmasın.
X-m Smit. Axı xəstəni gəmi ilə müqayisə etmək olmaz.

385
   380   381   382   383   384   385   386   387   388   389   390