Page 387 - 1-ci cild
P. 387
Åæåí Èîíåñêî
X-m Smit. Çox təəssüf. O, elə yaxşı qalmışdı ki!
C-b Smit. O, bütün Böyük Britaniyada ən gözəl meyit idi.
Ona heç vaxt öz yaşını vermək olmazdı. Yazıq Bobbi dörd ildi
ölüb, amma hələ də istidi. Əsl canlı meyitdi! Özü də necə məzəli
adam idi!
X-m Smit. Yazıq Bobbi! Yaxşı qadın idi…
C-b Smit. Yəni demək istəyirsən ki, yaxşı kişi idi!
X-m Smit. Yox, onun arvadını deyirəm. Axı arvadının da adı
Bobbi idi – Bobbi Uotson. Onlar adaş idi. Bir yerdə olanda
adamlar çaşırdı ki, kim kimdi. Elə ki əri öldü, hamı bildi ki, kim
kimdi. Elə indinin özündə də onları səhv salırlar, Bobbiyə
başsağlığı teleqramı göndərirlər ki, arvadın vəfat edib. Sən onu
tanıyırsan?
C-b Smit. Mən onu cəmi bir dəfə təsadüfən görmüşəm, Bob-
binin dəfnində.
X-m Smit. Amma mən onu heç görməmişəm. Gözəl idi?
C-b Smit. Sifətinin cizgiləri düz idi, ancaq demək olmaz ki,
gözəl idi. Boyu çox uzun idi, özü də kök idi. Sifətinin cizgiləri
əyri-üyrü idi, ancaq özü çox gözəl idi. Düzdü, boyu balaca, özü
də arıq idi. Nəğmə müəlliməsiydi.
Saat beş dəfə zəng çalır. Uzun pauza.
X-m Smit. Onlar, axır, nə vaxt evlənəcəklər?
C-b Smit. Ən uzağı, yazda.
X-m Smit. Biz, əlbəttə, gərək onların toyuna gedək.
C-b Smit. Gərək toy hədiyyəsi də aparaq. Ancaq nə
bağışlayaq?
X-m Smit. Bizim toyumuza yeddi gümüş nimçə
gətirmişdilər ha, bəlkə, onlardan birini verək onlara? Onsuz da, o
nimçələr indiyə qədər bizə lazım olmayıb. Ancaq, nə yazıq ki, o,
belə cavan yaşında dul qaldı!
C-b Smit. Hələ yaxşı ki, onların uşaqları yox idi.
387