Page 391 - 1-ci cild
P. 391
Åæåí Èîíåñêî
DÖRDÜNCÜ ŞƏKİL
Eyni adamlar Merisiz.
Cənab Marten və xanım Marten üzbəüz oturub susaraq, bir-
birlərinə baxa-baxa gülümsəyirlər.
Dialoqları cansıxıcı və yeknəsəqdir, heç bir
hiss-həyəcan ifadə etmir.
C-b Marten. Bağışlayın, madam, əgər səhv etmirəmsə,
sizinlə hardasa rastlaşmışam.
X-m Marten. Mənə də elə gəlir ki, müsyö, hardasa sizinlə
rastlaşmışam.
C-b Marten. Bəlkə, biz Mançesterdə görüşmüşük, madam?
X-m Marten. Çox ola bilər. Mən özüm Mançesterdənəm.
Ancaq, müsyö, yadıma sala bilmirəm ki, biz orda görüşmüşük,
yoxsa yox?
C-b Marten. Aman Allah, necə də maraqlıdı! Madam, mən
də Mançesterdənəm.
X-m Marten. Maraqlıdır!
C-b Marten. Maraqlıdır! Ancaq, madam, mən beş həftəyə
yaxındır ki, Mançesterdən çıxmışam.
X-m Marten. Çox maraqlıdır! Qəribə təsadüfdür ki, müsyö,
mən də beş həftəyə yaxındır ki, Mançesterdən çıxmışam.
C-b Marten. Mən səhər saat doqquzun yarısında çıxdım,
Londona isə, madam, qatar beşə on beş dəqiqə qalmış çatır.
X-m Marten. Çox maraqlıdır. Çox qəribədir! Təsadüfə bir
bax! Mən də həmin qatarla gəlmişəm, müsyö.
C-b Marten. Aman Allah, necə də maraqlıdır. Bəlkə, mən
sizi qatarda görmüşəm, madam?
X-m Marten. Çox mümkündür, istisna etmək olmaz, ola
bilər. Niyə də yox? Ancaq mən bunu xatırlamıram, müsyö.
C-b Marten. Madam, mən ikinci klasdaydım. Düzdü,
İngiltərədə ikinci klas yoxdu, ancaq mən həmişə ikinci klasda
gedirəm.
391