Page 395 - 1-ci cild
P. 395
Åæåí Èîíåñêî
Martenə yaxınlaşır.
Xanım Marten cənab Martenin həmin anlardakı təmtəraqlı
görkəminə təəccüb edir və o da yavaş-yavaş ayağa qalxır.
Cənab Martenin səsi yenə də eləcə monoton və

cansıxıcıdır.

C-b Marten. Beləliklə, əziz madam, heç bir şübhə yoxdur
ki, biz görüşmüşük və siz mənim qanuni həyat yoldaşımsınız…
Elizabet, sən yenidən mənim oldun!

Xanım Marten də yavaşca cənab Martenə yaxınlaşır. Onlar
həvəssiz qucaqlaşırlar. Saat bir dəfə bərkdən zəng çalır. Zəngin
səsi elə cingildəyir ki, tamaşaçılar da diksinir. Marten cütlüyü

isə heç nə eşitmir.

X-m Marten. Donald, deməli, bu, sənsən, darling1, əzizim!

İkisi də bir kresloda oturub qucaqlaşaraq yatırlar.
Saat xeyli zəng çalır.

Yatanlar oyanmasın deyə barmağını dodağına tutaraq
ayaqlarının ucunda addımlayan Meri gəlir. Yavaş-yavaş onların

yanından keçərək tamaşaçılara müraciət edir.

BEŞİNCİ ŞƏKİL

Meri və yatan cütlük.

Meri. Elizabet ilə Donald indi elə bir xoşbəxtlik içindədi ki,
mənim sözlərimi eşitməyəcəklər. Mən də sizə bu sirri aça bilərəm.
Elizabet – əslində, heç Elizabet deyil, Donald da – Donald deyil.
Sübut üçün sizə deyim ki, Donaldın dediyi uşaq Elizabetin qızı
deyil, tamam başqa bir uşaqdır. Düzdü, Donaldın qızının da , Eliz-
abetin qızının da bir gözü ağ, o biri qırmızıdı. Donaldın qızının

395
   390   391   392   393   394   395   396   397   398   399   400