Page 393 - 1-ci cild
P. 393
Åæåí Èîíåñêî

ki, çamadanınızı yuxarı rəfə qaldırım – həmin xanım deyilsiz?
Sonra da mənə təşəkkür etdiniz, tənbəki çəkməyə də icazə verdi-
niz…

X-m Marten. Əlbəttə, o, mən idim, müsyö… Bu necə
maraqlıdı, necə qəribə bir təsadüf!

C-b Marten. Bu necə maraqlıdı, necə qəribədi, necə bir
təsadüf! Deməli, madam, belə çıxır ki, biz elə onda da tanış
olmuşuq?

X-m Marten. Necə maraqlıdı, necə bir təsadüf! Çox
mümkündü ki, elədir, əziz müsyö. Ancaq mən nəsə bunu
xatırlamıram.

C-b Marten. Mən də, madam, xatırlamıram.

Sükut.
Saat iki dəfə zəng çalır, sonra daha bir dəfə.

Londonda mən Bromfleddə yerləşdim, madam.
X-m Marten. Necə də maraqlıdı, necə də qəribədi. Mən də
Londonda Bromfled küçəsində yerləşdim, müsyö.
C-b Marten. Maraqlıdı… Onda, bəlkə… bəlkə, biz Brom-
fled küçəsində görüşmüşük, madam?
X-m Marten. Maraqlıdı, qəribədi. Hər şey ola bilər. Ancaq
mən heç nəyi xatırlamıram, müsyö.
C-b Marten. Mən on doqquz nömrəli binada yaşayıram,
əziz madam.
X-m Marten. Maraqlıdı, axı mən də, əziz müsyö, on doqquz
nömrəli binada yaşayıram.
C-b Marten. Belə, deməli… Belə… Deməli, biz həmin bi-
nada görüşmüşük, madam.
X-m Marten. Ola bilər, ancaq mən xatırlamıram, əziz
müsyö.
C-b Marten. Mən, əziz madam, altıncı mərtəbədə səkkizinci
mənzildə yaşayıram.

393
   388   389   390   391   392   393   394   395   396   397   398