Page 397 - 1-ci cild
P. 397
Åæåí Èîíåñêî

YEDDİNCİ ŞƏKİL

Onlar və Smit cütlüyü.
Cənab Smit ilə xanım Smit elə əvvəlki

geyimlərində sağ tərəfdən gəlirlər.

X-m Smit. Salam, dostlar. Bağışlayın ki, sizi gözləməyə
məcbur etdik. Biləndə ki bizə gəlmək istəyirsiniz, özü də
xəbərdarlıq etmədən, fikirləşdik ki, bütün qonaqpərvərlik
qanunları ilə sizi qəbul edək və tələsdik ki, tez paltarımızı dəyişib,
ziyafət libasları geyək.

C-b Smit (qeyzlə). Biz bütün günü heç nə yeməmişik. Dörd
saatdır sizi gözləyirik. Niyə belə gecikdiniz?

Cənab Smitlə xanım Smit qonaqlarla üzbəüz əyləşir.
Saatın zəngləri də şəraitdən asılı olaraq, replikaları bərkdən,
ya da yavaşca müşayiət edir.
Martenlər (xüsusən xanım Marten) özlərini itiriblər. Buna
görə də söhbət alınmır, sözləri güclə axtarırlar.
Əvvəlcə hamı susur, pauzalarla Marten cütlüyünün söz
axtarışları bir-birini əvəz edir.

C-b Smit. Hm…

Pauza.

X-m Smit. Hm… Hm…
X-m Marten. Hm… Hm… Hm…

Pauza.

C-b Marten. Hm, hm, hm, hm…

Pauza.

397
   392   393   394   395   396   397   398   399   400   401   402