Page 379 - 1-ci cild
P. 379
Åæåí Èîíåñêî
şəxsən mənə aydın deyil ki, İonesko, Bekket, Jan Jene, Arrabal ilə
aşağı-yuxarı, eyni zamanda yaradıcılığa başlamış Fridrix Dür-
renmat, yaxud onun həmvətəni Maks Friş kimi dramaturqlar “Ab-
surd teatr”a təsir göstəriblər, yoxsa əksinə, “Absurd teatr” bu
dramaturqlara təsir edib?
Mən hələ aspirant vaxtlarımda – 1960-cı illərin ikinci
yarısında Moskva Satira Teatrında Frişin “Don Juan, yaxud
həndəsəyə məhəbbət” pyesi əsasında tamaşaya baxmışdım və bu
qeydləri yazarkən həmin pyesi, eləcə də Dürrenmatın məşhur
“Böyük Romul”unu (bu pyes 80-ci illərin ortalarında Hüseynağa
Atakişiyevin quruluşunda Akademik Milli Dram Teatrında
tamaşaya qoyulmuşdu və xatirimdədir ki, rəhmətlik Səyavuş Aslan
Avqustlu Romulun rolunu çox istedadla yaratmışdı) bir daha
gözdən keçirdim. Bu pyeslər ilə “Absurd teatr” arasında, xüsusən
İoneskonun “Keçəl müğənni qız”ı arasında açıq-aşkar bir
doğmalıq var. Edvard Olbi isə özü etiraf edir ki, İoneskonun ona
böyük təsiri olub və müasir dünya dramaturgiyasında etiraflı-
etirafsız bu cür misalların sayı az deyil.
1960-cı ildə Moskvada “Müasir fransız pyesləri” adlı al-
manax tipli böyük bir kitab nəşr olunmuşdu və fransız tədqiqatçısı
Leon Musinak ön sözdə yazırdı ki, “Fransız teatrı keçid mərhələ-
sini yaşayır” (Pyesı sovremennoy Fransii. Moskva, “İskusstvo”,
1960, str. 6). “Absurd teatr”ın tədqiqatçılarından İqor Dyuşen
isə on-onbeş il bundan əvvəl yazdığı bir məqaləsində artıq bu
teatrı “dünya dramaturgiyasında və teatrında yeni mərhələ”
adlandırır (Teatr paradoksa. Moskva, “İskusstvo”, 1991, str. 6).
Ancaq baxın, “Keçəl müğənni qız” 1948-ci ildə yazılıb, 50-ci
illərin əvvəllərində də Parisdə tamaşaya qoyularaq, 60-cı illərdə
estetik bir hadisə kimi məşhurlaşıb və bununla da “Absurd
teatr”ın tarixi başlayır, ancaq mən deyə bilmərəm ki, bu teatr
aradan keçən 70 ildə özünün bədii fondu və estetik mündəricatı
ilə “yeni mərhələ” səviyyəsini əldə edə bilib.
Məsələ burasındadır ki, bu gün də (az qala yetmiş ildən
sonra!) “Absurd teatr”dan söz düşəndə yenə də İoneskodan və
Bekketdən, “Qodo”dan və “Keçəl müğənni qız”dan bəhs edirik,
379