Page 377 - 1-ci cild
P. 377
Åæåí Èîíåñêî
mühitində (Sartr, Kamyu, Rene Kler, Jan Kokto, de Bovuar,
J.Jene…) meydana çıxdı, bu teatrın bədii-estetik prinsiplərini
məhz Paris ədəbi mühiti müəyyənləşdirdi və bu günün özündə də
“Absurd teatr”ın tamaşalarının coğrafi ünvanının geniş əhatə
dairəsinə, dramaturqların təmsil etdiyi ölkələrin müxtəlifliyinə
baxmayaraq, hərdən ümumiləşdirilmiş “fransız absurd teatrı”
ifadəsinə rast gəlirik.
Heminquey Paris haqqında məşhur kitabının adını “Həmişə
mənimlə olan bayram” adlandırmışdı və həyat mənasızlığının,
yeknəsəqliyinin bədii ifadəsi olan “Absurd teatr”a mənsub
pyesləri oxuyarkən həmişə məndə elə bir təəssürat yaranır ki, bu
teatr kədərinə, acısına, qüssəsinə baxmayaraq, məhz həmin
“Paris bayramı”nın aurası altında yaranıb, öz estetik enerjisini
həmin auradan alıb və qəribəsi də elə bu təzaddır. Yəqin, burası
da maraqlıdır ki, bu teatrın əsasını qoyan və əsas dramaturqları
olan bu iki yazıçının heç biri milliyyətcə fransız deyil – Ejen
İonesko rumın, Samuel Bekket isə ingilis dili ilə bərabər, fransızca
da yazan irlanddır.
Ancaq “Paris aurası”, əlbəttə, o demək deyil ki, o auranın
altında yaranmış “Absurd teatr” ümumdünya miqyaslı sənət
axtarışlarından kənarda, bədii-estetik bünövrəsi olmadan öz-
özünə yetişərək peyda olub – bəşəri sənətin tarixində, hələ ki, belə
hadisə olmayıb və sənətdə “avanqard” anlayışı da istisna deyil.
Sənət və o cümlədən də ədəbiyyat geniş magistral yolla
irəliləyərək əsrləri adlayır və bu irəliləyiş daima bədii-estetik
axtarışlarla müşayiət olunub, yeni cığırlar salınıb, bu cığırların
hansısa özünü doğrultmayaraq davamını tapmayıb, unudulub,
hansısa, əksinə, inkişaf edərək yola çevrilib (magistrala yox, məhz
yola, çünki magistral çoxsaylı deyil, yeganədir!) – “Absurd teatr”
da o geniş magistraldan çıxmış cığırlardan biridir.
Bu baxımdan XIX əsrin sonları, xüsusən XX əsrin əvvəllə-
rində avanqard sənətin – ədəbiyyatda, rəngkarlıqda, musiqidə,
teatrda, bir az sonralar kinoda da – axtarışları pik həddə çatıb.
Uzağa getməyək, elə rus avanqardı – futurizmi, kubizmi, konstruk-
377