Page 5 - "Çex-Azərbaycan lüğəti"
P. 5
ÇEX-AZƏRBAYCAN LÜĞƏTİ

9) Çex dili qrammatikasında feillər 5 növ üzrə təsniflənir. Hər növ III şəxsin
təkinə görə müəyyən edilir. I növə -e, II növə -ne, III növə -je, IV növə -í, V növə
isə -á şəkilçiləri xasdır.

I qrupa aid olan feillər birhecalı feillərdir: nést, klást, pít, ćíst, brát, jet.
Sg. I nesu Pl. neseme
II neseš nesete
III nese nesou
II qrup -nout şəkilçisi ilə qurtaran feillərdir:
tisknout, minout, dosáhnout, zapomenout.
Sg. I tisknu Pl. tiskneme
II tiskneš tisknete
III tiskne tisknou
III qrupa daxil olan feillər -ova- şəkilçisi ilə düzəlir, lakin indiki zamanda sözün
kökünə -uj- şəkilçisi artırılır. Məsələn, kupovat kup-uj-i, pracovat prac-uj-i.
Sg. I pracuji/u Pl. pracujeme
II pracuješ pracujete
III pracuje pracují/ou
Bu qrupa həmçinin kökü saitlə bitən bir sıra təkhecalı feillər də aid edilir. Lakin
şəxslənmə zamanı həmin feillərin kökünə -j- şəkilçisi əlavə olunur: pít – piji, bít –
biji, mýt – myji, rýt – ryji, obout – obuji.
IV qrupa aid olan feillərin sonu iki cür şəkilçi ilə qurtarır:
-i- şəkilçisi ilə: myslit (myslet), platit.
-e- (-ě-) şəkilçisi ilə: odcházet, umět.
Sg. I myslím Pl. myslíme
II myslíš myslíte
III myslí myslí/myslejí
V növ feillər -a- şəkilçisi ilə qurtaran feillərdir. Məsələn, dělat, hledat, čekat,
volat, snídat, potkat.
Sg. I čekám Pl. čekáme
II čekáš čekáte
III čeká čekají

5
   1   2   3   4   5   6   7   8   9   10