Page 3 - "Çex-Azərbaycan lüğəti"
P. 3
TƏRTİBÇİDƏN
“Çex-Azərbaycan lüğəti” çex dilini öyrənən tələbələr, diplo-
matlar, iş adamları, turistlər, tərcüməçilər, ümumilikdə bu dilə
maraq göstərənlər üçün nəzərdə tutulub.
Lüğət tərtib olunarkən, ilk növbədə, daha çox işlənən sözlərə
və söz birləşmələrinə, həmçinin tərcümə zamanı çətinlik törədən
ifadələrə önəm verilib. Lüğətin sonuna coğrafi adlar, qısaldılmış
sözlər və ədəbiyyat siyahısı əlavə olunub.
Lüğətin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusən, çex
alimləri Tomaş Laneyə və Vityezslav Vilimekə, həmçinin texniki
işlərdə mənə yardımçı olmuş tələbə və magistrantlarıma dərin
minnətdarlığımı bildirirəm.

Elçin Mehri
Professor, filologiya elmləri doktoru

3
   1   2   3   4   5   6   7   8