Page 345 - "Hər suala bir cavab" (I cild)
P. 345
? 345

Dronta bәnzәyәn quş varmı?

B әzi ölkәlәrdә “dront kimi öldü” Sonralar insanlar adaya özlәriylә donuz
ifadәsi var. Ya da bir adam sarsaq da gәtirdilәr vә bu heyvanlar drontun
bir hәrәkәt edәndә, ona dront yumurtalarını, balalarını yeyib qurtardılar.
deyirlәr. Gәlin görәk ki, dront nәdir vә Bu minvalla, artıq 1681-ci ildә bu quşun
niyә onu axmaq bir şeyin rәmzi sayırlar. kökü tamam kәsildi.
Yüz illәr qabaq Mavrikidә vә Hind
okeanının Madaqaskardan şәrqdәki bir
çox adalarında, hәqiqәtәn, dront adlı bir
quş yaşayırdı. Onun heç düşmәni yox idi,
özünü qorumasına, ehtiyat etmәsinә lüzum
qalmırdı vә ona görә dә dront başqa quşlara
xas olan vәrdişlәrә yiyәlәnә bilmirdi. O,
nә uça bilir, nә sürәtlә qaçır, nә dә özünü
müdafiә edә bilirdi.
Nәticәdә o tamam qeyri-adi bir varlığa
çevrilmişdi. Bu quş әslindә, göyәrçin
ailәsinin bir üzvü idi, amma aralarında
heç bir oxşarlıq yox idi. Drontun iri, kök,
piyli bәdәni vardı – tәxminәn iki
hindtoyuğu boyda. Ayaqları isә o qәdәr
qısa idi ki, çәkisinә zorla davam gәtirirdi.
Bu quşun quyruğu bir çәngә qısa,
yumşaq tükdәn ibarәt idi vә heç bir işә
yaramırdı. Quşun qanadları (uçmaq ehtiyacı
olmadığından) lap qısalmışdı vә bu
vәzifәnin öhdәsindәn heç cür gәlә bilmәzdi.
Drontun başı çox iri, dimdiyi isә yekә qar-
maq şәklindә idi. O quşun hәrәkәt etmәsi
üçün yeganә üsul yanlarını basa-basa çox
yavaş yerimәk idi.
1507-ci ildә Portuqaliya tәdqiqatçıları
Mavriki adasına gәlәrәk bu qәribә mәxluqu
kәşf etdilәr. Quş çox gülmәli göründü-
yündәn vә özünü qәti müdafiә edә
bilmәdiyindәn onun adını “duodo”, yәni
“sadәlövh” qoydular. Portuqaliyalılar çox
qısa zamanda başa düşdülәr ki, drontu
lap dәyәnәklә dә vurmaq mümkündür.
Quşların yuvası otluqda olurdu vә o, cәmi
bir dәnә yekә yumurta qoyurdu.
   340   341   342   343   344   345   346   347   348   349   350