Page 256 - "Hər suala bir cavab" (I cild)
P. 256
Daltonizm nәdir?

Üç әsas rәngdәn bütün qalan
rәnglәri almaq olur: qırmızı,
yaşıl, bәnövşәyi, yaxud sarı,
mavi vә qırmızıdan. Belә ki, bitki alәminin
al-әlvanlığı cәmi üç rәngdә (qırmızı, mavi
vә sarı) olan hissәciklәrin müxtәlif
kombinasiyalarından yaranır.
Gözümüzün qırmızı, yaşıl vә bәnövşәyi
işığa hәssas olan torlu qişasına görә, tәbiәtin
bütün rәnglәrini qavraya bilirik. Bәs insan
rәnglәri, ümumiyyәtlә, seçә bilmәyәndә,
ya da onları çoxları kimi yox, tamam fәrqli
görәndә nә olur?
Bu hadisәyә daltonizm deyirlәr. Gözün
torlu qişasına düşәn müәyyәn işıq şüaları
onda normal göz üçün xarakterik olan
reaksiya doğurmur. Deyәk ki, qırmızı işıq
şüası yalnız bu şüalara deyil, hәm dә yaşıl
şüalara reaksiya verirsә, nә olur?
Yaşıl işıq da eyni tәsiri göstәrir – torlu
qişanın hәm “qırmızı”, hәm dә “yaşıl”
hissәsini qıcıqlandırır. Bu baş verәndә,
insan nә görür? O, qırmızı vә yaşıl rәnglәri
seçә bilmir, bunun әvәzinә sarı-boz rәng
görür. Axı qırmızı vә yaşıl rәnglәr bir-
birinә qarışanda, mәhz bu rәng alınır.
Lakin belә adamlar mavi, sarı vә
bәnövşәyi rәnglәri seçә bilir. Qırmızını
yaşıldan isә yalnız bozumtul sarının
çalarlarına görә müәyyәnlәşdirir.
Rәng qavrayışında xırda, әhәmiyyәtsiz
pozuntuları olan adamlar da var ki, bundan
heç özlәrinin dә xәbәri olmur.
Daltonik adam kiçik yaşlarında qırmızını
yaşıldan seçmәyi öyrәnә bilәr, baxmayaraq
ki, bu rәnglәrin hәr ikisini o da sarı-boz
görür. O, bunu normal insanlar kimi rәngә
әsasәn deyil, onun çaları vә parlaqlığına
әsasәn edir.
   251   252   253   254   255   256   257   258   259   260   261