Page 251 - "Hər suala bir cavab" (I cild)
P. 251
nsan orqanizmi 251

Üzdәki çillәr nәdir?

Ü zdәki çillәrin nә olduğunu vә
necә әmәlә gәldiyini bilmәk
üçün gәrәk әvvәlcә dәriyә nәyin
rәng verdiyini aydınlaşdıraq.
Dәri rәnginin әmәlә gәlmәsindә әn
mühüm rolu olan piqment melanindir.
Belә demәk olar ki, müxtәlif irqlәrin dәrisin-
dәki rәng fәrqi yalnız melanindәn asılıdır.
Yeri gәlmişkәn söylәyәk ki, hәyatın
daha bәsit formalarında melanin bәzi
balıqlara vә sürünәnlәrә dәrisinin rәngini
dәyişmәk imkanı verir. Onun insan üçün
әn mühüm funksiyası orqanizmi çox güclü
şüalanmadan qorumaqdır. Melanini dәrimi-
zin üz hissәsinin lap alt qatındakı mәxsusi
hüceyrәlәr әmәlә gәtirir. Bu hüceyrәlәr
“melanosit” adlanır.
İndi isә üzdәki çillәrin nә olduğundan
danışaq. Belәliklә, üz çillәri melanositlәrin
bir yerdә toplaşaraq әmәlә gәtirdiyi
lәkәlәrdir. Bax elә ona görә dә çillәr
qәhvәyiyә çalır – melaninin rәnginә. Bәs
niyә bәzi adamlarda belә çillәr olur,
digәrlәrindә yox? Mәsәlә irsiyyәtdәdir.
Çillәrimizin olub-olmayacağını bizim
әvәzimizә valideynlәrimiz hәll edir!
Çillәrin rәngi (daha doğrusu, onlardakı
melaninin rәngi) günәş vә istinin tәsirindәn
asılı olaraq qәhvәyi rәngin müxtәlif
çalarlarında ola bilәr. Günәş işığı nәinki
üzdәki çillәri tündlәşdirә bilir, hәm dә
dәridә yeni melanin әmәlә gәtirir.
   246   247   248   249   250   251   252   253   254   255   256