Page 122 - "Hər suala bir cavab" (I cild)
P. 122
Mifologiya nәdir?

İnsanı bir mәsәlә hәmişә düşün-
dürüb: görәsәn, onu әhatә edәn
dünya әslindә necәdir. O, müxtәlif
hadisәlәrin sәbәblәri üzәrindә baş çatladır,
onların izahını vermәyә çalışırdı. İndi biz
Kainatda baş verәn hadisәlәrin bir çoxunu
elmi baxımdan izah edә bilirik. Lakin
qәdim zamanlarda insan mәcbur idi ki,
bu “izahları” özündәn uydursun.
Siz bir tәsәvvür edin ki, insan, әtrafında
baş verәn nә qәdәr anlaşılmaz hadisәnin
izahını tapmaqda çәtinlik çәkirdi! Niyә
Günәş eyni müntәzәmliklә batıb-çıxır?
Niyә ilin fәsillәri var? Ulduzlar nәdir vә
onlar niyә hәrәkәtdәdirlәr?
Anlaşılmaz hadisәlәr elә insanların öz
hәyatlarında da baş verirdi. Bәs bu hadisәlәr
nә idi vә niyә baş verirdi? İnsan niyә yuxu
görür? Adamlar necә yaranıb vә ölәndәn
sonra onların başına nә gәlir? Dünyanın
özü vә onun möcüzәlәri haradan әmәlә
gәlib?
Qәdim insanlar bu sualları özlәrinә
daim verir vә onların cavabını tapmağa
çalışırdılar. Dünyanın müxtәlif güşәlәrin-
dәki cürbәcür qәbilәlәr hәr suala öz
izahlarını vermәyә çalışırdılar. Belә izahlar-
dan ibarәt rәngarәng hekayәtlәrә miflәr
deyilir. Mifologiya isә dünya xalqlarının
miflәrini öyrәnәn elmin adıdır.
   117   118   119   120   121   122   123   124   125   126   127