Page 93 - "Əvvəl dəniz vardı"
P. 93
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri

Yamacamı üz tutursan?
Suyu unutmusan, Sən – Penelope.
Köhnə ayinləri
Unutmusan, yatmış gözəl.
Axı güzgü önündə
Başqa cür görünürsən –
Ömür cizgiləri.
Alisia cizgiləri.
Qızılgülün sirrini
mənə indi de, ya heç vaxt...
Onu bir şir, bir də kərgədan qoruyur.
Bir əcnəbi dırmanır
Təpənə doğru,
Özü də tək-tənha
Bax, sənə doğru...
Yoxa çıxırsan,
Ecazkar bədən.
Səni izləyən
Əllər-dodaqlar,
Bir də birinin kölgəsi.
Addımlar təkrar-təkrar,
Özün oxuduğun
Nəğməyə qayıdırsan,
Pərilər olan vaxtı.
Qəsrin qaranlığı da
Təkrar-təkrar.

Mənim əlimdən
Sənin yatağına
Boşalmış labirint uzanır.
İtirilmiş sevgi əfsanəsi.

93
   88   89   90   91   92   93   94   95   96