Page 89 - "Əvvəl dəniz vardı"
P. 89
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
Əcnəbinin nəğməsi
Qəsrin qaranlığı yuxuya dalıb,
Uzaq tut ayrılığı, Klaudia qülləsi!
Suyun kölgəsində zəif bəyazlıq –
Sevginin səsi...
Qurub-dağıtdığın bu əfsanənin
Sirrini aç mənə, gizlin səsini,
Pərinin səsiylə yuxuya getmiş
Bəyaz Penelope.
Gizli səltənətə necə girməli,
Qapını bağlayıb, məni güdürsən.
Sənin axşamında azıb əcnəbi,
Güdür qaranlığı –
Adanın bəyazlığı.
Meşənin içiylə o kimdi gələn,
Qanadlı maraltək ay işığında.
Klaudia adası, sənin sorağına
Bu qədər əzaba qatlaşıb gəlir.
Həqiqətə sarı əl uzanıb, əl.
Ölümün də unutduğu meyvəyə...
Əfsanənin bir teli xatirədir,
Bir teli – Yatmış gözəl.
89
Əcnəbinin nəğməsi
Qəsrin qaranlığı yuxuya dalıb,
Uzaq tut ayrılığı, Klaudia qülləsi!
Suyun kölgəsində zəif bəyazlıq –
Sevginin səsi...
Qurub-dağıtdığın bu əfsanənin
Sirrini aç mənə, gizlin səsini,
Pərinin səsiylə yuxuya getmiş
Bəyaz Penelope.
Gizli səltənətə necə girməli,
Qapını bağlayıb, məni güdürsən.
Sənin axşamında azıb əcnəbi,
Güdür qaranlığı –
Adanın bəyazlığı.
Meşənin içiylə o kimdi gələn,
Qanadlı maraltək ay işığında.
Klaudia adası, sənin sorağına
Bu qədər əzaba qatlaşıb gəlir.
Həqiqətə sarı əl uzanıb, əl.
Ölümün də unutduğu meyvəyə...
Əfsanənin bir teli xatirədir,
Bir teli – Yatmış gözəl.
89