Page 91 - "Əvvəl dəniz vardı"
P. 91
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Sənin sahilində zamanın müjdəçisi –
Klaudia Zamanı, gecəni məndən uzaq tut!
Sənin səltənətinə necə girməli:
Bir güllə – Bəyaz qüllə.

Amma sözdə bir səyyah var,
Gözəlliyə oxunan kor bir nəğmə.
Səsini harda gizlətsin,
Uçan gəmi, mənə söylə.
Gəmi və Qəsr...
Xatirəndə qalan odur.
Şərab dənizində
Yox edilmiş şahzadə.
Klaudianın bədəni görünür artıq,
Görünür üzü – eşidilir səsi.
Cənnətin pəncərəsi.
Daşlar önündə adını çək,
Tərpədər şöləsi səni –
Gedərsən
Başqa bir səltənətə,
Ağuşuna alar bir ölkə səni.
Dayanarsan üz-üzə:
Möcüzə...
Xəyalınla oyaq qalan
bu səs nədi –
Bağın tarixçəsini danışır?
Hardadı bədənin,
Unudursan...
Hansı kölgənin yanında?

91
   86   87   88   89   90   91   92   93   94   95   96