Page 95 - "Əvvəl dəniz vardı"
P. 95
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Səni anır,
Səni çağırır...
Şair də son dəfə
Səni çağırır,
Penelope,
Yoxsa Alisia.
Bağ, ya güzgü,
Ya da şərab dənizi...
Təki Klaudia qayıtsın.
Qanadlı maraltək ay işığında,
Meşədən gələnə bir az
Qulaq as.
Al-qırmızı qızılgülü
Sənə sarı uzadır –
Əllər uzanır...
Hansı zamandan gəlib
Hansı ölkədən?
Klaudia gəmisi,
Sahilinə yan alıram.
De ki, sevirsən, nədən?

Klaudia qülləsi,
Unutqanlığı ondan uzaq tut,
Ölüm məqamında mavi bəyazlıq –
Klaudia bağı.
Səmadakıtək
Gözəl Klaudia.

Sənin xatirəndə Gəmi və Qəsr...
Şərab dənizində yox edilmiş şahzadə.
Klaudianın bədəni görünür,
Görünür cənnətin pəncərəsi...

95
   90   91   92   93   94   95   96