Page 49 - "Əvvəl dəniz vardı"
P. 49
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
Dərin həyat haqda nəğmə
Günlər də dəyişir havalar kimi,
Küləyə qoşulub yağan yağıştək.
Xoşbəxtlik göz vurur səma altında,
Dalğalar dənizdə açan naxıştək.
Günlər elə xoşdu, elə uğurlu,
Apreldə ehtiras gətirən çöltək.
Yağan yağışların xeyri bir yana,
Ürəkdə xəyallar gerçəkləşəcək.
Elə günlər olur, qanımız qara,
İçimiz qapqara çaxmaq daşıdı.
Gecə yanıb-sönən daş lampalarla
Xeyir-şəri ölçmək daha yaxşıdı.
Elə günlər olur, sakitik, sakit,
Uşaqlıq vaxtıdı yaqut rəngli göl.
Bir şeir, musiqi, bir dağ, uçan quş –
Bircə təbəssümə ya yıxıl, ya öl.
Şəhvət sevdası var ötən günlərin,
Qadın bədəninin ovsunu nədir.
Bir bel qucaqlayıb, sinə öpürük,
Şamama sinələr ruhu titrədir.
49
Dərin həyat haqda nəğmə
Günlər də dəyişir havalar kimi,
Küləyə qoşulub yağan yağıştək.
Xoşbəxtlik göz vurur səma altında,
Dalğalar dənizdə açan naxıştək.
Günlər elə xoşdu, elə uğurlu,
Apreldə ehtiras gətirən çöltək.
Yağan yağışların xeyri bir yana,
Ürəkdə xəyallar gerçəkləşəcək.
Elə günlər olur, qanımız qara,
İçimiz qapqara çaxmaq daşıdı.
Gecə yanıb-sönən daş lampalarla
Xeyir-şəri ölçmək daha yaxşıdı.
Elə günlər olur, sakitik, sakit,
Uşaqlıq vaxtıdı yaqut rəngli göl.
Bir şeir, musiqi, bir dağ, uçan quş –
Bircə təbəssümə ya yıxıl, ya öl.
Şəhvət sevdası var ötən günlərin,
Qadın bədəninin ovsunu nədir.
Bir bel qucaqlayıb, sinə öpürük,
Şamama sinələr ruhu titrədir.
49