Page 45 - "Əvvəl dəniz vardı"
P. 45
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri

Və səndən zaman, məzar məsafəsiylə ayrı
düşmür ürək,
Səsimizin yetmədiyi sonsuz qaranlığa doğru
Səssiz və yalnız addımlayırdı.
Həmin cığırda
Üşüdüm: yanaqlarının və əllərinin
Qar bəyazının kəfənində

qalmış soyuğu idi,
Qəbrinin soyuğu idi,
Ölümünün soyuğu idi.

Və mənim kölgəm,
Ayın yerdə əks olunan işığında
Yalqız gedirdi,
Yalqız gedirdi...
Tənha çöldə yalnız gedirdi
Sənin zərif, uzun kölgən,
Sərin son yaz axşamı.
Pıçıltı, ətir və musiqi dolu o axşam,
Mənim kölgəm yaxınlaşdı, onunla bərabər
yeridi.
Mənim kölgəm yaxınlaşdı, onunla bərabər
yeridi.
Mənim kölgəm yaxınlaşdı, onunla bərabər
yeridi.
Ah, qovuşmuş kölgələr!
Ah, qəlblərin kölgələriylə
birləşən bədən kölgələri!
Ah, kədər və göz yaşlarıyla dolu
Gecələrdə axtarılan kölgələr!

45
   40   41   42   43   44   45   46   47   48   49   50