Page 39 - "Əvvəl dəniz vardı"
P. 39
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Gecə vaxtı
Qocalıq gecənin səyyahıdır.
Şatobrian
Daha ürəyimi təşvişə salmır,
Ötən günlərimin sirli kabusu.
Məni inkar edir bu Vətən, bu el –
İlham pərilərim – ömür yavrusu.
Mənə sarı əymir çiçəklərini,
Meyvə bağlarının budaqları da.
Uzaq sevinclərin səs-küyü qalıb –
Əks-səda verir qulaqlarımda.
Allahın əmridir: Qaranlıq çöküb.
Xoşbəxtdi o kəs ki, əzablarından
Uca kahinlərə sığına bilər.
Qocalıq gecənin səyyahı imiş –
Yolu bağlanarsa bu yer üzündə,
Yönəldər səmaya baxışlarını.
39
Gecə vaxtı
Qocalıq gecənin səyyahıdır.
Şatobrian
Daha ürəyimi təşvişə salmır,
Ötən günlərimin sirli kabusu.
Məni inkar edir bu Vətən, bu el –
İlham pərilərim – ömür yavrusu.
Mənə sarı əymir çiçəklərini,
Meyvə bağlarının budaqları da.
Uzaq sevinclərin səs-küyü qalıb –
Əks-səda verir qulaqlarımda.
Allahın əmridir: Qaranlıq çöküb.
Xoşbəxtdi o kəs ki, əzablarından
Uca kahinlərə sığına bilər.
Qocalıq gecənin səyyahı imiş –
Yolu bağlanarsa bu yer üzündə,
Yönəldər səmaya baxışlarını.
39