Page 8 - Peşəkar aktyorluq dərsləri
P. 8
Mixail Çexov

BİRİNCİ DӘRS

Aktyor texnikasının әhәmiyyәti

Söhbәtin әvvәlindә әsas mәsәlә barәdә ümumi müla-
hizәlәrimi bildirmәk istәyirәm. İcazәnizlә, soruşum ki,
teatrın hansısa sәbәblәrdәn hansısa metodlara ehtiyacı
varmı? İlk baxışdan, aktyorun işini çәtinlәşdirә bilәcәk
metodlara lüzum yoxdur. Bәli, teatr bu minvalla uzun
inkişaf yolu keçә bilәr, amma elә bir zaman yetişәcәk ki,
özümüzü aktyor kimi çox aciz hiss edәcәyik, aktyorluq
texnikası baxımından peşәkarlığın çatışmadığı aydın ola-
caq. Sәnәtlә bağlı qәlbinizә toxuna bilәcәk fikirlәr
sәslәndirdiyim üçün üzr istәyirәm, amma teatr haqqında
düşüncәlәrimi sizinlә bölüşmәyi vacib sayıram vә mәni
başa düşәcәyinizә inanıram. Nәzәrә alın ki, özüm dә ak-
tyoram, demәli, sizin qәlbinizә toxunmaqla özümü dә
küsdürmüş oluram.

Aktyorluq yeganә sәnәtdir ki, özünәmәxsus texnikası,
bәlli metodu yoxdur. Bәlkә dә, bir gün bunu anlayacağıq.
Rәssam, musiqiçi, rәqqas vә digәr sәnәt adamlarının
8 texnika baxımından peşәkarlığı olmalıdır vә onlar bunu
daim cilalamağa can atmalıdırlar. Amma nәdәnsә biz ak-
tyorlar bu prosesdәn kәnarda qalmışıq – sәhnәyә yalnız
ona görә çıxırıq ki, tamaşada rol almaq arzusu bizә
rahatlıq vermir, rolu ürәyimiz necә istәyir, elә dә ifa
edirik. Razılaşın ki, burada bir xәta var. “Aktyorluq sәnә-
tinin texnikası yoxdur vә ola da bilmәz” deyәnlәr,
   3   4   5   6   7   8   9   10   11   12   13