Page 6 - Peşəkar aktyorluq dərsləri
P. 6
Mixail Çexov
M.Çexov aktyoru qurub-yaradan, daim axtarışda olan
sәnәt adamı kimi görürdü. Sәhnәdә mürәkkәb obrazların
mahir ifaçısı kimi daim yeniliklәrә can atır, yaradıcılıq axtarış-
larına ara vermirdi.
Qәribә taleli bu rus aktyoru 1891-ci ildә Peterburqda
anadan olmuşdu. Dahi rus yazıçısı Anton Pavloviç Çexovun
böyük qardaşı Aleksandrın oğlu idi. Gәnc Mixail sәnәtdә ilk
addımlarını Neva çayı sahillәrindә – Suvorov Teatrında
atmışdı. O, 1912-ci ildә Stanislavskinin dәvәti ilә Moskva Aka-
demik Bәdaye Teatrında çalışmağa başlayır. “Albalı bağı”
pyesindә Yepixodov, “Vanya dayı” tamaşasında Vafli, “Müfәt-
tiş”dә Xlestakov kimi mürәkkәb obrazları böyük ustalıqla
yaradır. 1922-ci ildә Moskva Akademik Bәdaye Teatrının
Birinci studiyasının direktoru tәyin olunur.
M.Çexov 1918-ci ildә Moskvadakı evindә fәrdi yaradıcılıq
studiyası açıb peşәkar aktyorluq dәrslәri keçmәyә başlayır.
1919-cu ildә isә “Qorn” jurnalında “Stanislavski sistemi
haqqında” vә “Aktyor öz üzәrindә necә işlәmәlidir” adlı elmi
araşdırmaları dәrc olunur. 1920-ci ildәn Politkultun studiya-
sında, eyni zamanda Şalyapin adına Teatr Mәktәbindә müha-
zirәlәr oxumağa başlayır. V.Şekspirin “On ikinci gecә”
әsәrindә Malvolio, “Hamlet”dә Hamlet, A.Strindberqin “XIV
Erik” tamaşasında Erik obrazlarını böyük ustalıqla ifa edәrәk
sәhnә tarixinә qızıl sәhifәlәr yazır. 1924-cü ildә “Әmәkdar
artist” fәxri adına layiq görülür.
1928-ci ildә Sovet Rusiyasını tәrk edәrәk Almaniyaya
gedir. Burada bir neçә filmә çәkilir vә Maks Reynhardın teat-
rında çalışır. 1930-cu ildә Çexiyada şәxsi teatrını yaratmaq
6 istәsә dә, maliyyә çәtinliklәri ilә üzlәşir. Parisdә mәşhur
teatrların sәhnәsindә müxtәlif obrazlar yaradır.
Başçılıq etdiyi “Çexov teatrı” ilә birlikdә 1932-ci ildә Ri-
qaya, 1935-ci ildә isә Nyu-Yorka qastrol sәfәri edir. Artıq o
dövrlәr Avropada müharibә kabusu dolaşdığından teatr ABŞ-ın
Riçfild şәhәrindә mәskunlaşır. 1939-cu ildә A.Hiçkokun
“Ovsunlanmışlar” filmindәki roluna görә M.Çexovun adı
“Oskar” mükafatına namizәdlәr siyahısına salınır. O, “Aktyor