Page 5 - Peşəkar aktyorluq dərsləri
P. 5
Peşәkarlığın resepti 5
Öz şәxsi tәcrübәsinә әsaslanaraq, dünya teatr nәzәriyyә-
sinә qiymәtli töhfәlәr vermiş böyük rus aktyoru Mixail Çexov
hәm dә istedadlı rejissor vә tәcrübәli pedaqoq olub. Onun
peşәkar aktyorluq dәrslәri, oyun texnikasının sirlәri, sәhnә
mәdәniyyәti, teatr metodları vә sistemlәri barәdә elmi
mühazirәlәri bu gün dә aktuallığını qoruyub saxlayır.
M.Çexov hesab edirdi ki, dramatik aktyorun formalaşması
üçün әn mühüm olan yaradıcı tәxәyyüldür. Aktyor yazırdı:
“Şübhәsiz, yaradıcı tәxәyyül hәr bir sәnәt adamı, mәsәlәn,
rәssam, heykәltәraş vә şair üçün önәmlidir. Ancaq aktyor
tәxәyyülü başqa sәnәt adamları ilә müqayisәdә әn yüksәk
zirvәdә dayanmalı vә peşәkarlığa nail olmaq üçün hәrәkәt-
verici qüvvәyә çevrilmәlidir”.
O, aktyora “oyuncaq”, “teatr alәti” kimi baxan rejissor-
ları kәskin tәnqid edir, teatrda aktyorun yeri barәdә rejissorlar
arasında formalaşmış müәyyәn fikirlәrә qarşı çıxırdı: “Bәzi
rejissorlar hesab edirlәr ki, aktyorun yaradıcı tәxәyyülә ehti-
yacı yoxdur. Mәtni ver, әzbәrlәyib sәhnәyә çıxsın, rejissorun
göstәrişlәrini yerinә yetirsin, vәssalam!” M.Çexov teatrın
inkişafını lәngidәn belә savadsız “sәnәtkarlar”a tutarlı cavab
verirdi: “Aktyor üçün yaradıcılıq tәxәyyülü çox vacibdir.
Düşünә bilmәyәn aktyorun sәhnәyә yolu bağlı olmalıdır. Kor-
koranә, yalnız rejissorun sözü ilә oturub-duran aktyor heç vaxt
yaddaqalan obrazlar yarada bilmәz! Üstәlik, aktyordan
istedad, yaxşı zahiri görünüş, sәs, yaddaş, rola uyğun bәdәn
hәrәkәtlәri vә s. tәlәb olunur. O, sәhnәdә, gündәlik hәyatda
hәmişә yüksәk mәnәvi keyfiyyәtlәr nümayiş etdirmәli, davranı-
şı ilә insanlara nümunә olmalıdır. Bu, hәlә aktyordan tәlәb
olunanların hamısı deyil! Bәs bunun әvәzindә aktyor nә qaza-
nır? Tamaşaçı alqışı, çiçәk dәstәlәri, şan-şöhrәt! Bu, әmәyi-
mizә verilәn әn yüksәk qiymәtdir!”