Page 176 - Peşəkar aktyorluq dərsləri
P. 176
Mixail Çexov

mәsәlәsidir. Ona necә nail olmaq mümkündür? Әvvәla,
sәhvәn ayaq basdığımız yola diqqәtlә nәzәr salaq. Әgәr
xarakterlәr yaratmaq sәnәtini qәbul edib onunla razı-
laşırıqsa, ilk növbәdә, fiziki bәdәnimizә arxalana bilәrik.
Rolun mahiyyәtindәn irәli gәlәn ideyaları bәdәn hәrә-
kәtlәri ilә qovuşdurmağı, uyğunlaşdırmağı öyrәnmәliyik.
Bundan başqa, rola uyğun seçilmiş geyimә vә qrimә
diqqәt yetirmәliyik. Personaj dolubәdәnlidirsә, demәli,
üst geyiminin astarı qalın olmalıdır, әgәr bizә dilәnçi rolu
tapşırılıbsa, sәhnәyә nimdaş, cırıq-sökük paltarda çıx-
malıyıq vә s. Aktyorun zahiri görünüşü rola tam uyğun
gәlmәli vә әsas ideyaya, xarakter cizgilәrinin yaradıl-
masına xidmәt etmәlidir.

Mәrkәz

Xoşbәxtlikdәn, aktyor tәbiәtinә yaxın sayılan digәr
yol da mövcuddur. Bu yol heç nәdәn nәsә yaradıb, sonra
da onu canlı görmәk instinktimizi tәmin edir, tәxәyyüldә
xarakterlәr yaratmaq sәnәtinә bizi cismәn vә mәnәn qo-
vuşdurur. Tәsәvvürdә canlandırmışdıq ki, sinәmizin orta-
sında bir mәrkәz mövcuddur vә bu barәdә әtraflı
danışmışdıq. Tәcrübәdә onu dәrk edib belә bir fikirlә
razılaşmışdıq ki, biz sinәdәki bu hәrәkәtli mәrkәzdәn
asılıyıq. Mәn normal adamı nәzәrdә tuturam vә әminәm
176 ki, hәr şey bu mәrkәzdә cәmlәşib.

Sinәnin ortasında yerlәşәn bu mәrkәzin әtrafına sәya-
hәtә çıxaq. Bu qüvvә bizi irәli dartır. Ona ehtiyacımız
olduğu üçün özünә cәzb edir. Amma getdikcә başa
salmağa çalışır ki, möhkәm vә sağlamıq, bәdәn qurulu-
şumuz qaydasındadır, teatr baxımından bütün fiziki
   171   172   173   174   175   176   177   178   179   180   181