Page 433 - "Bildirçin və payız"
P. 433
Ùåêàéÿëÿð
Dünya yataqdaydı; saçları dağınıqdı, yuxulu baxışları
heç nә ifadә etmirdi, sanki bu, içindәki işıltı ilә dünәn
onu ovsunlayıb, ağlını başdan alan gözlәr deyildi.
Qadın indi ona yaşından xeyli böyük görünürdü vә
Bәrәkәt dünәndәn bәri ilk dәfә idi ki, onun, әslindә
neçә yaşı olması vә dәyişkәnliyi barәdә düşündü.
Qadın bәrkdәn әsnәyib dedi:
– Getmәk vaxtıdır.
– Tәlәsmәk nәyә lazım?
– Gecә sona yetdi. İşim-gücüm, görüşüm var.
Birdәn onun stolun siyirtmәsinә necә әl atdığını
vә oradan iki funtu götürüb çantasına soxduğunu
gördü. Bu, onun üçün çox gözlәnilmәz oldu...
– Sәnә pul lazımdır? – çaşqın halda soruşdu.
– Yox. Mәn ancaq әvvәl razılaşdığımız pulu
götürdüm.
– Əzizim, biz sәninlә nә barәdә razılaşmışıq ki? –
Bәrәkәtin sәsi çox qәmgin sәslәnirdi.
– Necә yәni? Biz ki sәninlә şәrtlәşmişdik axı, nә
tez unutdun?!
Bәrәkәti gic gülmәk tutdu vә o, yenә qәmgin halda
dedi:
– Görünür, sәn nәyisә unutmusan. – Dünya cavab
vermәyә hәvәsli deyildi, o isә sevgilisindәn söz almadan
әl çәkmәk istәmirdi. – Qәribәdi vallah... Sәn ki “mәnә
pul lazım deyil” deyirdin... Bәs nә oldu?! – soruşub,
“ikimizdәn biri dәli olub, ya o, ya mәn”, – deyә
düşündü vә yenә mәyus-mәyus dillәndi: – Nә olub
sәnә? Xahiş elәyirәm, de görüm!
Qadın isә soyuq-soyuq gülümsәyib dedi:
433