Page 365 - "Bildirçin və payız"
P. 365
Ùåêàéÿëÿð

Sakinlәr, әvvәllәr hәyatında yalnız sevgi vә hörmәt
görәn qadının indi tәhqirlәrә vә hәdәlәrә mәruz
qaldığının şahidi oldu.

– Nә baş verir? – deyә qonşular bir-birindәn
soruşurdu.

– Onun bu cür özündәn çıxmasının bir sәbәbi var,
o da puldur, – deyә özlәri dә öz suallarına cavab
verirdi. – Onların әsas gәlir yeri mәnzil kirayәsindәn-
dir. Ev isә mәlum olduğuna görә qadına mәxsusdur.

Əvvәllәr Umm Abbas tez-tez milayasını1 çiyninә
atıb, әtrafdakılara şәstlә baxa-baxa küçәdә gәzişәrdi.
İndi evindәn bayıra çıxmaz, qonşulara baş çәkmәzdi.

Hәsәneyn isә qadının var-yoxunu sümürmәyindә
idi, hә a bir dәfә bununla kifayәtlәnmәyib, içkili halda
Abbasın dükanına düşdü vә qışqırmağa başladı:

– De görüm atandan bir millim2 dә olsa, miras pul
qalıb sәnә?

Abbas atalığına tәrәf çönmәdi, sanki onu heç gör-
mürdü. Yalnız dükanın qarşısında oynayan balaca
uşaqlar içәri pәrakәndә doluşdular.

– Ya kirayә haqqını ödә, ya da ki, şәlә-şülәni yığıb
rәdd ol burdan! – oğulluğunun üstünә şığıyan
Hәsәneyn artıq qışqırmırdı, tәlәyә düşmüş vәhşi
heyvantәk bağırırdı.

Süd satan Bayumi özünü yetirib onu sakitlәşdir-
mәyә vә xata-baladan uzaq olmaq üçün dükandan
aralaşmağa cәhd etdi. O, hәrdәn xoş sözlәrdәn istifadә
edib, hirsindәn cilov gәmirәn Hәsәneyni yola gәtir-
mәk istәyirdi. Lakin sakitlәşmәk bilmәyәn Hәsәneyn

1ağ və ya qara rəngli çiyinliyi olan milli qadın üst geyimi (tərc.)
2xırda pul vahidi, Misir funtunun mində biri (tərc.)

365
   360   361   362   363   364   365   366   367   368   369   370