Page 363 - "Bildirçin və payız"
P. 363
Ùåêàéÿëÿð

paxıllıqdan, kimi dә peşmançılıqdan dodağını gәmirir,
onları bir yerdә görәndә köks ötürürdü:

– Yazıq qadın! Yazıq onun oğlu Abbasa!
Abbas qadının birinci әrindәn idi. Bu iyirmi yaşlı,
çox mehriban vә bir qәdәr qәribә gәncin dodaq-
larından uşaq tәbәssümü heç zaman әskik olmaz,
dalğın gözlәrindә müәmmalı ifadә sezilәrdi. Yaşı az
olsa da, saqqal, bığ buraxmışdı, onlara yaxşı da qulluq
edәrdi. İbtidai sinifdә әli anın bir hәrfini belә yadda
saxlaya bilmәdiyindәn axıra qәdәr dә savadsız kimi
böyüdü. Atası evin birinci mәrtәbәsindә onun üçün
dükan açdı, o da orda şirniyyat, Sudan paxlası vә tum
satmaqla gününü keçirirdi. Ürәyiyumşaqlığından,
satış üçün qoyulmuş çәrәzlәrin yarısını uşaqlara pul-
suz paylayardı. Anası Hәsәneynә әrә gedәndә bir neçә
günlüyә harasa yoxa çıxdı, qayıdıb gәlәndә qonşularla
rastlaşdığı vaxt narazı halda başını yellәyәrdi:
– Atamın yerindә başqa bir kişinin peyda olması
ağlasığacaq şey deyil. Ya da ki, başını anasının
pәncәrәsinә tәrәf qaldırıb qışqırardı: –Allah sәnin
günahından keçsin, Umm Abbas!
Əvvәllәr axşam düşәndә cәlәbiyyәsini çıxarıb açıq
göy kostyumunu geyәr, saçını-saqqalını darayıb fәsini
başına qoyar, әl ağacını götürüb dükanı bağlayar vә
gәzmәyә gedәr, tanıyıb-tanımamağından asılı olma-
yaraq qarşısına çıxan hәr kәsi salamlayar, ağzında
qәnd parçası, dodağında da hәr zamankı tәbәssüm,
gecәni sәhәrә kimi gәzәrdi. Anası ikinci dәfә әrә
getdikdәn sonra da Abbas hәyat tәrzini dәyişmәdi,
sadәcә indi gecәlәr evә gәlmәz, elә dükandaca yıxılıb

363
   358   359   360   361   362   363   364   365   366   367   368