Page 347 - "Bildirçin və payız"
P. 347
Ùåêàéÿëÿð

Ata gülmәyini güclә saxladı.
– Onun bәnzәri yoxdur.
– Bәs niyә o, göydә yaşayır?
– Yer onun üçün çox kiçikdir. Amma o, hәr şeyi
görür.
Uşaq bir az fikrә getdi, sonra dedi:
– Amma Nadya deyir ki, o, yerdә yaşayıb.
– O, yәqin, ona görә belә deyir ki, Allah yerdә baş
verәnlәrin hamısını bilir.
– Amma Nadya deyir ki, adamlar onu öldürüblәr.
– O, hәmişә sağdır, heç vaxt da ölә bilmәz.
– Axı Nadya deyir ki, öldürüblәr.
– Yox, әzizim, insanlar elә bilirmişlәr ki, onu
öldürüblәr, ancaq o, sağdır.
– Babam da sağdır?
– Yox, o, ölüb.
– Onu adamlar öldürüb?
– Yox, öz әcәli ilә ölüb.
– Necә ölüb?
– Xәstәlәnib ölüb.
– Bacım indi xәstәdir. O da ölәcәk?
Arvadının acıqlı sifәtini görәn kişi dә üz-gözünü
turşutdu.
– Yox. Allah qoysa, sağalar.
– Babam nәdәn ölüb?
– O, hәm xәstәydi, hәm dә qocalmışdı.
– Sәn dә xәstә olmusan, hәm dә qocasan. Bәs niyә
ölmürsәn?
Anası dözmәyib uşağın üstünә tәpindi. Nә baş ver-
diyini anlamayan balaca qızcığaz baxışlarını anasın-
dan atasına sarı çevirdi.

347
   342   343   344   345   346   347   348   349   350   351   352