Page 241 - "Bildirçin və payız"
P. 241
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

– Mәlәk, necә fikirlәşirsәn, mәn qınanmağa
layiqәm?

Başını buladı. Əllәrimiz bir-birinә daraqlandı. Son
sözlәrim bu oldu:

– Sәnin xoşbәxt olmağın üçün gecә-gündüz dua
edәcәyәm.

Gözlәrimi ondan güclә ayırdım vә çıxıb getdim. Bu
görüş sağalmamış yaranın qaysağını qopartmışdı.
Ətrafdakı hәr bir kәsә vә hәr bir şeyә qarşı nifrәtimin
yeni dalğası başladı, siyasәtlә yaxından-uzaqdan bir
bağlılığım olmasa da, onunla heç vaxt maraqlan-
masam da, bu hadisәdәn sonra içimdә sanki üsyankar
ruh baş qaldırmışdı, hәvәslә müxalifәt qәzetlәrini
oxumağa başlamışdım. Bir dәfә dostum Əli Yusifә әl-
Əzbәkiyyә parkında gәzişәrkәn dedim:

– Bura bax, әllamә! Gәl sәn mәnә bildiyin nә varsa,
öyrәt! Deyәsәn, mәn ömrümün axırına kimi subay
qalacağam. Bu cinsi mәsәlәlәri necә yoluna qoyum?

O, bәrkdәn güldü vә dedi:
– Bәxtini kafelәrdә sına!
– Özün bilirsәn ki, “öz işinin professionalı olan”
qadınlardan, bir dә içkidәn zәndeyi-zәhlәm gedir, –
dedim.
– Onda sәnin bircә yolun qalır – Umm Abdәyә
müraciәt etmәk.
– Nә? Umm Abdә? – heyrәtlәndim.
Dostum sakitcә dedi:
– Evinizdә böyüyüb, hәyatı istәdiyi kimi alınmayıb
vә sәnә deyim ki, bu qadında adamı cәlb elәyәn nә isә

241
   236   237   238   239   240   241   242   243   244   245   246