Page 239 - "Bildirçin və payız"
P. 239
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

ev. Eyni simalar, eyni mәhrumiyyәtlәr. Belә yaşayışın
bir sonu olacaq, ya yox? Fikriyә tündmәcazdır, Zeynәb
isә xudbin. Qarderoblarında düz-әmәlli әyin-başları
olmadığından bütün dünyaya qarşı qәzәblidirlәr, o
üzdәn evdәn bayıra çıxmırlar. Bu vaxt müharibә dә
qızışmaqdadır, qiymәtlәr qalxır, hәyәcan artır. Anama
deyirәm:

– Bәdbәxtliyimiz ondadır ki, heç nәdә özümüzә
korluq vermirik. Gәrәk hesabımızı bilәk, pulu ehtiy-
atla xәrclәyәk, israfçılığa yol vermәyәk.

– Əlimdәn gәlәni elәyirәm.
– Allah atamın günahından keçsin, gәlәcәyimizi
düşünmәyib.
Hәmişәki kimi onun müdafiәsinә qalxır:
– O, bundan artıq heç nә elәyә bilmәzdi.
– O, pulu sağa-sola xәrclәyirdi, istәdiyimi alırdı,
amma mәnim dә әrköyün böyümәyimә sәbәb olurdu,
axırda da hәyatım şikәst oldu.
– Sәni hәyatda hamıdan çox sevdiyinә görә hәlә
onu i iham da elәyirsәn?!
– Ağıllı tәrpәnib pula qәnaәt etmiş olsaydı, indi
qızları da әrә getmiş olardı.
– Atan pensiyasının bir hissәsini bunun üçün
ayırmağı düşünürdü.
Bir dәfә müdirim mәni telefona çağırdı. Dәstәyi
götürәndә ürәyim hәyәcandan bәrk döyünmәyә
başladı, zәng elәyәn mәnim sevgilim – Mәlәk idi. “Əs-
Sәrayәt” küçәsindә axşamtәrәfi görüş tәyin etdi. Biril-
lik uzun, әzabverici ayrılıqdan sonra, son ümid

239
   234   235   236   237   238   239   240   241   242   243   244