Page 235 - "Bildirçin və payız"
P. 235
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà
gәtirmәyib deyә bütün hәyatını qurban versin?! Bu, bir
yana. Bәs mәnim qızımın nә günahı vardı?
– İcazә verin izah elәyim...
Amma o, sözümü axıra çatdırmağa imkan
vermәdi.
– Sәnin izahatına ehtiyacım yoxdur. Mәni әn çox
qızımın adı vә gәlәcәyi narahat edir.
– Mәlәyin adına kim nә söz deyә bilәr ki? – etiraz
etdim.
– Yox, hәr şey sәn düşündüyün qәdәr dә sadә
deyil. Sәnin bundan sonra bura gәlmәyin başqa cür
yozulacaq, bu da qızımın ancaq ziyanına ola bilәr.
– Ana! – Mәlәk hәyәcanla dillәndi.
– Sәn sus! – anası onun üstünә çәmkirdi.
Onların evini başıaşağı, biabırcasına tәrk edәndә
gözüm ayağımın altını da görmürdü; sәndәlәyә-
sәndәlәyә gedirdim, kәdәr vә ümidsizlik az qalırdı
mәni boğa, öz payıma götürdüyüm tәhqirlәri taqәtdәn
düşmüş çiyinlәrim daşımaq iqtidarında deyildi.
Çaşqınlıq içindә öz-özümә sual edirdim: “Yoxsa hәr
şey, doğrudan da, bitdi – sevgi dә, ümidlәr dә, arzular
da, nişan da, evlilik dә? Demәli, Mәlәklә münasibәt-
lәrә son qoyuldu?” Ətrafımda canlı nә varsa, hamısına
qarşı mәndә böyük vә qızğın nifrәt hissi oyanmışdı.
Qurbanlar ailәsinin bir üzvü olmam faktı boğazımdan
çatı kimi asılmışdı. Hәmin axşam evimizdә atam
rәhmәtә gedәn gündә olan ab-hava hökm sürürdü.
Anam, Fikriyә vә Zeynәb divanda әylәşmiş, xәcalәt vә
dilxorluqdan başlarını yuxarı qaldırıb üzümә baxma-
ğa cәsarәt etmirdilәr. Anam günahkarcasına sәslәndi:
235