Page 233 - "Bildirçin və payız"
P. 233
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

hissinә baxmayaraq, ona qarşı qızğın mәhәbbәtim
alovlanır vә yeni, hәmişәkinә bәnzәmәyәn forma
alırdı. Bәlkә, kәdәr özü bu isti ocağın içinә quru odun
tullamışdı? Beynimә, hә a onu zorlamaq barәdә
dәlisov fikirlәr dә gәlirdi. Gәrgin halda ayrıldıq. “Necә
vә haçan evlәnәcәyәm?” – hәr gün mәnә әzab verәn
әsas sual bu idi. Nazirlikdәki iş yoldaşlarımın hamısı
evlidir. Bu günә kimi subay qalmağım onları da az
tәәccüblәndirmir. Bәzilәri “kömәk әlini uzatmağa”
hazırdır, qız tapmaq barәdә deyirlәr: “Yar tapmağa nә
var?! Bu, sәnin әlindә su içmәk kimi bir şeydir”. Lakin
onlar günah çirkabına bulaşmış müasir üsyankar
nәslin nümayәndәlәridir. Onlara qulaq asır, әzab çәkir
vә susuram. Zibilә qalsın! İnanmazdım ki, hәyat mәnә
belә sürpriz hazırlayacaq.

Bir dәfә anam yas paltarında otağıma girib, gәlib
çarpayımın yanındakı divanda әylәşdi. Gözlәrini yerә
dikib dedi:

– Hәlim, güman elәyirәm, düzgün hәrәkәt etdim.
Heç nә başa düşmәyәrәk soruşdum:
– Tәzә xәbәr-zad var, ana?!
– Heç bilmirәm, necә deyim.
Bir az ara verdikdәn sonra davam elәdi:
– Bu gün sәhәr Mәlәyin anası gәlmişdi. O, mәnim
uşaqlıq rәfiqәmdir vә qızının taleyi barәdә narahat-
lığını anlayıram. Sizin gәlәcәyinizlә bağlı nә düşün-
düyümü soruşdu vә nişanın vaxtını tәyin etmәyi tәklif
elәdi. Mәn isә ona belә cavab verdim: “Sәn mәnim әn
әziz rәfiqәmsәn, ona görә dә aramızda sirr-filan
olmamalıdır. Mәlәk mәnә qızım kimidir, Hәlimә dә

233
   228   229   230   231   232   233   234   235   236   237   238