Page 245 - "Bildirçin və payız"
P. 245
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

Sualıma özüm dә cavab verirdim: biz müharibәnin
dәhşәtlәrinә, hava hәyәcanı siqnallarına, mü әfiq
qoşunlarını vәtәnimizdә görmәyә alışmışıq.
Hadisәlәrin dәyişkәnliyinә, keçmiş kumirlәrimizin
bir-bir taxtdan endirilmәsinә öyrәncәliyik. Əli Yusiflә
bir gündә iki dәfә görüşәrdik: axşamları “Uğur”
kafesindә, sәhәr vaxtı bomba sığnağında. Bir axşam o,
mәnә dedi:

– Bir mәsәlә barәsindә fikrini bilmәk istәyirәm.
– Buyur, – heç nәdәn şübhәlәnmәdәn dedim.
– Mәlәklә münasibәtlәriniz nә yerdәdir? – bir az
sıxıla-sıxıla soruşdu.
Sual mәni gözlәmәdiyim anda haqlamışdı. Bir
dәqiqә müddәtindә bir söz belә demәdim – deyә
bilmirdim, dilim ağzımda qurumuşdu. Sonra özümü
әlә alıb:
– Münasibәt-filan yoxdur, – dillәndim.
– Rәsmi münasibәti demirәm. Soruşuram, yәni
hәlә dә ürәyindә ona qarşı nәsә hiss edirsәn?
– Keçmişi unutmaq lazımdır.
– Deyirsәn, yәni sabah o çıxıb әrә getsә, bu, sәnә
pis tәsir elәmәz?
– Əksinә, onun xoşbәxtliyinә sevinәrәm. Ola bilsin,
әrә getsә, mәn dә özünüqınaqdan xilas olaram.
– Onda bir sual da verim.
– Eşidirәm, cәnab Əli Yusif, – gülümsәdim.
– Ona evlәnmәk tәklifi etsәm, etiraz elәmәzsәn?
– Hamıdan әvvәl mәn sizi tәbrik edәrәm, – düşün-
mәdәn cavab verdim.

245
   240   241   242   243   244   245   246   247   248   249   250