Page 247 - "Bildirçin və payız"
P. 247
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

görmәmişәm. Ömrünün axırıncı gününә kimi mәnә
sadiq dost olaraq qalıb.

– Sәn dә onun bir vaxtlar sevdiyin qızla evlәnmә-
yinә etiraz elәmәdin, hә?

– Biz ikimiz dә kişi kimi söz danışdıq vә hәr şeyi
razılaşdırdıq. – Söhbәtimә bir az ara verib, sonra
davam etdim: – Onların iki uşağı oldu – ikisi dә oğlan
idi, hәr ikisi dә ataları kimi istedadlı. Elә ataları kimi
dә siyasәtә qoşuldular, ancaq ondan fәrqli olaraq,
“Vәfd”in yox, “Müsәlman qardaşları”nın sıralarında
yer tutdular, son nәticәdә dә Sәudiyyә Ərәbistanına
mühacirәt etmәli oldular. Orda onlar ailә qurub, daimi
mәskunlaşdılar. Mәnә elә gәlir ki, övladları sayәsindә
Mәlәk indi gün görüb.

– Bәs nә vaxtdan dul qalıb?
– Tәxminәn on il var. Əri ömrünün әn gözәl ça-
ğında xәrçәngdәn öldü. O, xeyirxah, ürәyiaçıq birisi
idi, hәyatının axır gününә qәdәr dә elә qaldı.

***
Bizimkilәr Mәlәyin toy xәbәrini sükutla qarşıla-
dılar. İçlәrindәki peşmançılıq, günahkarlıq hissi bir
qәdәr dә artdı, bu, evdәki qәmgin ab-havanı bir az da
ağırlaşdırdı. Dostumun toyunda iştirak edib, Mәlәyi
gәlinlik paltarında tәbrik elәdim, sanki aramızda heç
nә olmamışdı. Hisslәrin aldadıcı vә keçiciliyinә,
yeniyetmәlik vә gәnclik dövrü arzularının necә tez
әhәmiyyәtini itirdiyinә, hәqiqәtin necә acı vә dәyәrsiz
olduğuna tәәccüblәndim.

247
   242   243   244   245   246   247   248   249   250   251   252