Page 251 - "Bildirçin və payız"
P. 251
Çöëìÿò ýåúÿäÿí èøûãëû ñàáàùà

Yenә ayaq sәslәri gәldi. Sadә biçimli, yalnız әllәri vә
topuqları bayırda qoyan, qәşәng, yüngül yay
paltarında qayıtdı. Başında ağ örpәk vardı. Otur-
madan soruşdu:

– Kofe içәcәksәn? İstәsәn portağal şirәsi dә süzә
bilәrәm.

– Sәn canın, narahat olma!
Yenә getdi. Ona gözucu baxa bilmişdim: sifәti
әvvәlkinә nisbәtәn girdәlәşmiş, lakin yaraşığını
itirmәmişdi, qırışlar da nәzәrә çarpmırdı. Gәnclik
tәravәti yerini tәmkin vә ciddiliyә vermişdi.
Maraqlıdır, görәn saçları çallaşmışdımı? Kökәlmişdi,
lakin ağırlaşmamışdı. Bәdәni paltar altından cazibәdar
görünürdü; özü dә çox cazibәdar. Ehtiras hissi
getdikcә mәni çulğalayır. Ürәyimin bir parçası “kaş ki,
indi onu köhnә vaxtlardakı kimi qucaqlayıb öpüşlәrә
qәrq edәydim” deyir, ikinci parçası “ehtiyatlı ol! Axı
indi sәn onun ürәyindә nә olduğunu bilmirsәn. Bәlkә
dә o, özünü bundan sonra, ancaq övladlarına hәsr
elәyib vә ömrünü tәmiz adla başa vurmaq niyyәtin-
dәdir. İçindәki alovu söndür vә sәhv elәmәmәyә
çalış!”
Əlindә balaca gümüş sini qayıtdı. Sininin üstündә,
içindә portağal şirәsi olan butulka vardı. Sinini sәdәflә
bәzәdilmiş kiçik taxta stolun üstünә qoyub, mәnim
oturduğum kresloya sarı çәkdi.
– Sәni yordum, otur, dincini al! – dedim.
Mәnimlә üzbәüz divanda әylәşdi, elә bu an başının
üstündә divardan asılmış toy şәklinә diqqәt yetirdim.

251
   246   247   248   249   250   251   252   253   254   255   256