Page 93 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 93
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Türkmәnistan tәbii qaz ehtiyatlarının hәcmi baxımından
dünyada 6-cı yerdәdir. Bu Mәrkәzi Asiya dövlәti zәhmli
qonşusundan canını qurtarmaq üçün qaz ixracı
marşrutlarının şaxәlәndirilmәsini istәyir. Avropanın Rusiya
yarasının sağalmasında Türkmәnistan yaxşı mәlhәm rolu
oynaya bilәr. Onun hasilat gücü 2012-ci ildә Azәr-
baycanınkından 4 dәfә çox, yәni 2.3 trilyon kub fut olmuşdur.

Mәrkәzi Asiyanın iki dövlәti – Qazaxıstan vә onun әn
böyük qonşusu Özbәkistan Ukrayna böhranı meydana
çıxdıqdan sonra Putinin yeni Avrasiya baxışına qarşı düşmәn
mövqe nümayiş etdirmәyә başladılar. Hәr iki ölkә Rusiyanın
tәzyiqlәrindәn uzaqlaşmaq üçün son onillikdә Çin vә
Hindistanla sıx әlaqәlәr qurmağa meyl edir.

Xәzәrin hüquqi statusu mәsәlәsi yoluna qoyulduqdan
sonra Türkmәnistan uzun müddәt müzakirә edilәn, lakin
hәr dәfә tәxirә salınan vә ildә 30 milyard kubmetr qazın
Türkiyә vasitәsilә Avropaya nәqlini nәzәrdә tutan “Trans-
Xәzәr” qaz kәmәrinin tikintisi ilә bağlı Azәrbaycanla
danışıqlara başladı. Hәtta hәr iki ölkә başçısı sammit
çәrçivәsindә ekoloji problemlәrlә bağlı konkret razılıq әldә
etmәsә belә, bütün işlәrin yoluna qoyulması, sadәcә vaxt
mәsәlәsidir. Sammit çәrçivәsindә Türkmәnistan prezidenti
Qurbanqulu Berdimuhammedov qarşıya çıxan bütün
maneәlәrә baxmayaraq bu layihәyә axıra qәdәr sadiq
qalacağını çıxışı ilә tәsdiqlәdi.

300 kilometr uzunluğunda “Şәrq-Qәrb” qaz kәmәrinin
“Trans-Anadolu qaz boru kәmәri (“TANAP”)” vasitәsilә
Avropa bazarları ilә birlәşmәsindәn öncә ilk dayanacağı
Azәrbaycan әrazisi olacaq. Bu boru kәmәri tikilib istifadәyә
verildikdәn sonra Avropanın qaz tәchizatının şaxәlәndirilmәsi
istiqamәtindә göstәrdiyi cәhdlәrdә açar rolunu oynamaqla
yanaşı, Rusiyanın boru kәmәri siyasәtinә mütәmadi qarışmaq
kimi meyillәrinin dә qarşısını almağa yardım edәcәk.

93
   88   89   90   91   92   93   94   95   96   97   98