Page 89 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 89
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Azәrbaycan yaxın tәrәfdaşı olan Türkiyәnin enerji sek-
toruna böyük investisiya qoyuluşu hәyata keçirir, neft
emalı zavodları alır, Bakıdan Tiflisә, oradan da Türkiyәnin
Aralıq dәnizindәki Ceyhan limanına qәdәr neftin daşınmasını
tәmin edәn (vә “BP”nin nәzarәti altında olan) boru
kәmәrlәrindәn әlavә yeni xәtlәr inşa etdirir. Qeyd edәk ki,
Ceyhan limanı yaxınlığında NATO-nun regionda әn böyük
hәrbi bazalarından olan “İncirlik” yerlәşir.

Aralıq dәnizinin daha çox gәrginlik yaşandığı digәr
bölgәlәrindә isә “enerji oyunu” davam edir. Suriyada artıq
2 ildir ki, vәtәndaş müharibәsi hökm sürür. Bu isә Aralıq
dәnizinin şәrq hissәsindә gәrginliyi daha da artırır. “Şәrqi
Aralıq dәnizi” mәfhumu, әrazisindә әn böyük enerji kanalı
olan Süveyşin yerlәşdiyi vә problemlәrinin çoxu hәlә dә
yoluna qoyulmayan Misiri, yarım әsrdәn çox münaqişә
şәraitindә yaşayan İsrail vә Fәlәstini, şimalda Livan, Türkiyә
vә Yunanıstanı, nәhayәt, bütün bunların mәrkәzindә Kipr
adasını әhatә edir.

Kipr vә İsrail sahillәrindә yeni qaz yataqları aşkar edilib.
Kipr hökumәti Türkiyәnin bütün resurslardan birgә istifadә
haqqındakı tәklifinә әhәmiyyәt vermәyәrәk qazın istehsalı
vә Avropaya satışı ilә bağlı tender elan etdi. Mәqsәd,
hәmçinin dağılmış iqtisadiyyatı qismәn dә olsa, bәrpa
etmәk idi. Digәr tәrәfdәn, Türkiyә yunan Kiprinin qaz
layihәsi ilә әmәkdaşlıq edәn bütün şirkәtlәri qara siyahıya
salacağı ilә hәdәlәdi. Türkiyә tәrәfindәn verilәn bu
açıqlamanın tәsirini әn çox İtaliyanın “ENİ” şirkәti hiss
etdi. Bu şirkәt, faktiki olaraq, Qara dәnizin dibi ilә Rusiya
qazının Türkiyәyә daşınmasını hәyata keçirәn “Mavi axın”
qaz kәmәrini inşa etmişdi.

İsrail dә öz qazını Avropa bazarlarına nәql etmәk istәyir.
Rәsmi Tәl-Əviv әn qısa marşrutun Türkiyә әrazisindәn
keçәn boru kәmәri olduğunu bilir. Bundan әlavә, illәrdir
ki, mәlum olan, amma son vaxtlara qәdәr çıxarıla bilmәyәn
şist qazı ABŞ-ın hazırladığı müasir texnologiyalarla dünyanın

89
   84   85   86   87   88   89   90   91   92   93   94