Page 91 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 91
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Avrasiyanın enerji bazarlarına nәzarәt etmәk üçün
Xәzәr dәnizi açar rolunu oynaya bilәr1

Vaxtilә dünyanın әn böyük qeyri-sabitlik ocağı sayılan
Xәzәr, nәhayәt, әn sabit region statusunu әldә edә bildi.
Bunun nәticәsi olaraq, sentyabr ayının 29-da Rusiyanın
Hәştәrxan liman şәhәrindә IV Xәzәr sammiti keçirildi.
Rusiya, İran, Azәrbaycan, Qazaxıstan vә Türkmәnistan
liderlәrinin bir araya gәldiyi sammit çәrçivәsindә Xәzәryanı
ölkәlәrin qarşılıqlı fәaliyyәtinin, 2010-cu ildә Bakıda keçirilmiş
sammitdә qәbul olunmuş qәrarların icrasının gedişinin,
hәmçinin region ölkәlәri arasında әmәkdaşlığın prioritet
istiqamәtlәrinin müzakirә olunması vә çoxtәrәfli sәnәdlәrin
imzalanması gözlәnilirdi.

Ümumiyyәtlә, Xәzәr regionu özünәmәxsusluğu ilә
seçilir. Bu, heç dә 48 milyard barel neft vә 292 trilyon kub
fut hәcmindә tәbii qazın beş sahilyanı ölkә tәrәfindәn nә
vaxt çıxarılacağı ilә әlaqәdar deyil. Sovet İttifaqının süqutun-
dan dәrhal sonra yaranan Xәzәrin hüquqi statusunun
müәyyәn edilmәsi ideyası ölkәlәr arasında uzun illәr gizli
qalan vә qәflәtәn üzә çıxan, sonda isә rәsmi Moskvanın re-
gionda tәsirinin zәiflәmәsi ilә nәticәlәnәn qızğın rәqabәtә
sәbәb oldu. Rusiya vә İran tәrәfi Xәzәrin kondominium
prinsipi (dәnizin dibinin sahilyanı ölkәlәr arasında bәrabәr
bölünmәsi) әsasında bölünmәsinin tәrәfdarı idi. Lakin
Xәzәr dәniz kimi qәbul olunardısa, onda hәr bir dövlәt
dәniz dibindәn özünә aid olan hissәni götürәcәkdi.

Belә olan halda, Qazaxıstan Xәzәr resurslarının yarıdan
çoxuna sahib olmalı idi. Belә ki, Xәzәrin onun sahillәrini
yuyan hissәsi 2320 km-dir. İxtiyarında cәmi 900 km-lik,
neft vә qaz baxımından kasıb әrazi olan İran isә әksinә,

1 http://oilprice.com/Energy/Energy-General/Caspian-Sea-Could-Be-Key-To-
Russian-Control-Of-Eurasian-Energy-Markets.html by Scott Belinksi | Tue, 14
October 2014

91
   86   87   88   89   90   91   92   93   94   95   96