Page 97 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 97
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
Xәzәrdә “tısbağaların toplaşması”
Bu gün sağlam düşüncәyә malik hәr bir adam belә bir
sadә sual verә bilәr: Nәyә görә Rusiya әlini Avropadan
çәkir? Xәzәrin hüquqi statusunun müәyyәn edilmәsinә razı
olan rәsmi Moskva “Qazprom”un ixracatını tәhlükә altında
qoyan “Trans-Xәzәr qaz kәmәri”nin inşasını davam etdirmәsi
üçün Türkmәnistana kart-blanş verdi. Daha bir sual meydana
çıxır: Doğrudanmı, Rusiya, artıq, kәlәfin ucunu itirmişdir?
Xeyr. Əlbәttә ki, bu, әslindә, heç dә belә deyil.
Gәlin, indi dә mәsәlәyә başqa yöndәn yanaşaq. Avropa
özünün qaz tәchizatının şaxәlәndirilmәsindә yavaş-yavaş,
lakin inamla Rusiyadan uzaqlaşır. Belә olan halda, Rusiya
Avropanın enerji tәhlükәsizliyi üzәrindә tәsir gücünü
itirmәyәcәyinә necә tәminat verә bilәr? Cavab çox sadәdir:
Xәzәr hövzәsi tәbii qaz idxalında Avropa üçün әn yaxşı
seçim olduğundan, rәsmi Moskva bütün cәhdlәrini mәhz
bu region istiqamәtinә yönәltmәlidir. Xәzәrdә xarici
qüvvәlәrin hәrbi düşәrgә salmasının qarşısını almağı
nәzәrdә tutan bәyannamә, әslindә, elә bunun әmәli
nәticәsidir.
Ukrayna hadisәlәrindәn dolayı Rusiya, postsovet
ölkәlәrinin Qәrbә üz tutacağından çox narahatdır. Lakin
NATO-nun get-gedә regiondan sıxışdırılması Azәrbaycan,
Qazaxıstan vә Türkmәnistanın rәsmi Moskvadan asılılığını
әhәmiyyәtli dәrәcәdә artıracaq. Sammit iştirakçıları, hәmçinin
Xәzәrdә azad ticarәt zonasının yaradılması mәsәlәsini dә
müzakirә etdilәr. Lakin bu amil dә qeyd olunan ölkәlәr
üzәrindә zaman keçdikcә Rusiyanın tәsir dairәsinin artmasına
gәtirib çıxaracaq.
Vladimir Putinin şәxsi tәşәbbüsü sayәsindә tәbii qazın
nәqli üçün Çinlә bağlanan 400 milyard dollarlıq tarixi
müqavilә Rusiyanın itirilmiş gücünü bәrpa etmәklә yanaşı,
onun Xәzәr regionunda da dayaqlarının möhkәmlәnmәsinә
yardım etdi.
97