Page 73 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 73
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Qeyri-adi yaranma tarixi vә özünәmәxsus su tәrkibi
olan Xәzәr dәnizi bioloji müxtәlifliyinә, endemik fauna vә
flora nümunәlәrinә görә seçilir (Lakin hal-hazırda nәhәng
neft vә qaz ehtiyatlarının istismarı sәbәbindәn tәhlükә
qarşısında qalıb).

“Yaxın әtraf” – oxşarlıqlar

Xәzәr dәnizinin “yaxın әtrafı” dedikdә, beş sahilyanı
dövlәt – Rusiya, İran, Azәrbaycan, Qazaxıstan vә
Türkmәnistan nәzәrdә tutulur.

Coğrafi nöqteyi-nәzәrdәn bir-birindәn uzaq mәsafәdә
yerlәşәn, özünәmәxsus geomorfologiya vә hidrologiyaya
malik Arktika zonası vә Xәzәr dәnizi bir sıra oxşar
xüsusiyyәtlәri ilә seçilir.

Hәr ikisi beş ölkә ilә әhatә olunan nәhәng su hövzәsidir.
Hәr ikisinin nәhәng vә әsasәn dә, tәdqiq olunmamış tәbii
resursları, o cümlәdәn dәniz flora vә faunası var.

Hәm Arktika, hәm dә Xәzәr şelfinin bölüşdürülmәsindә
çoxsaylı mübahisәlәr mövcuddur. Onların hәr ikisi tәkcә
әtraf ölkәlәr üçün deyil, kәnar dövlәtlәrin nәzәrindә dә
böyük әhәmiyyәt kәsb edir.

Nәhayәt, heç birinin hüquqi statusu müәyyәn edilmәyib.
Belәliklә, sahilyanı dövlәtlәrin fәaliyyәtinin inkişaf
dinamikasını aşağıdakı kimi xarakterizә etmәk olar:
Laqeydlik: Beynәlxalq ictimaiyyәtin cәhdlәrinә vә bu
mәsәlәlәrin hәllindә marağı olan xarici qüvvәlәrin
fәaliyyәtinә maneәlәr törәtmәk. Cәhdlәr dedikdә, Antark-
tidaya dair bağlanan saziş timsalında hәr hansı aktın qәbulu
nәzәrdә tutulur (dәniz hüququ ilә bağlı BMT konvensiyası
әsas götürülәrәk);
İnadkarlıq: Bölüşdürülmәsi üçün qәnimәtlәrin sayının
artırılması, yәni xüsusi iqtisadi zona vә kontinental şelfin
uzadılması yolu ilә 5 ölkәnin hәr birinә daha çox pay düş-
mәsini tәmin etmәk;

73
   68   69   70   71   72   73   74   75   76   77   78